www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
325
bir türk qövmünün ləhcəsinə aid ortaya yüzlərlə əsər qoyan rus
şərqşünaslarının daha inkişaf etmiş ədəbiyyata və dilə malik
azərilərin üzərindən belə səssiz-səmirsiz keçmələri başqa cür
izah edilə bilməz» [63, 297].
Çarizm və sovet ideoloqları yaxşı başa düşürdülər ki,
türklər milli kimliklərini, dilini, mədəniyyətini, ədəbiyyatını,
tarixini daha dərindən yaxşı anladıqca, onların müstəmləkəçilik
ideyaları türklər arasında geniş yayılmayacaqdır. Bu isə əlbəttə,
rus şovinistlərinə sərf etmirdi. Bu baxımdan rus millətçilərinin
türklərin öz dillərini tədqiq etmələrinə, yeni ədəbiyyat yaratma-
larına qısqanclıqla yanaşması təbii idi. Bir sözlə, rus millətçiləri
türklərə məktəblərdə, universitetlərdə təhsil almağa şərait
yaradır, ancaq bu zaman ruslaşdırma siyasətini, yəni türklərin
türk kimi deyil, rus kimi (zahirən isə sovet milləti kimi)
düşünməyə vadar etməyi unutmurdular. Cəfəroğlu yazır: «Türk
ziyalısına universitet kürsüsünü yalnız milli varlığından ayrılmaq
və xristinalığı qəbul etmək şərti ilə vermək, türk müəllimlərini
orta məktəbdə tarix dərslərini keçmək hüququndan məhrum
etmək, Rusiyadakı türklərin Türkiyə mətbuatını izləmələrinin
qarşısını almaq kimi şərtlər irəli sürən bu «mədəniyyət» əslində
hər vasitə ilə türkləri geri çəkməyə xidmət göstrirdi. Çox güman
ki, elə bu səbəbdən də rus inqilabçısı Çadeyev Rusiyanın
keçmişini qaranlıq, dünənini məhcul, gələcəyini isə bərbad hesab
etmişdi» [63, 299].
Şübhəsiz ki, çar və sovet Rusiyasında türklərə qarşı
yeridilən ruslaşdırma siyasəti təsirsiz ötüşməmişdir. Sözdə milli
dil və milli mədəniyyətdən bəhs açan bolşeviklər gerçəklikdə isə
türk vəhdətinin və milli birliyinin parçalanması uğrunda çalışır-
dılar. Rusiya əsarətindəki türk qövmlərinin az qala hər birinin
|