www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
307
yaşamırlar. Ona görə də yeni türkçülər Türkiyənin-
Osmanlının timsalında türklərin böyük imperatorluğunu
yaratmaq deyil, hər bir türk millətinin ayrıca istiqlalı uğrunda
mücadilə edirlər. Bu baxımdan slavyan birliyi fikri
Çexoslovakiya dövlətinin təşəkkülünə mane olmadığı kimi,
türk-turan birliyi fikri də Azərbaycanın müstəqil bir türk
dövləti kimi Qafqaz Konfederasiyasına girməsinə əngəl ola
bilməz. M.Ə.Rəsulzadə yazır: «Eyni irqə yaxınlıq nəticəsində
bir-birinə yaxın mədəniyyət məhsullarına malik olan türk
ellərindəki müştərək qiymətləri mühafizə etməklə bərabər,
ayrı-ayrı türk millətlərinin ayrıca bir dövlət və cümhuriyyət
halında istiqlal qazanmaq yolundakı hərəkatlarını şübhə altına
alanlar ancaq rus imperalizminin könüllüləri və yaxud kölələri
ola bilirlər! Azərbaycan istiqlalçılığının türk birliyi fikrindən
əzəmi surətdə mülhəm olduğunu inkar etməməklə bərabər,
siyasətdə realizm tərəfdarı olan Azərbaycan milliyyətçiləri
üçün bu fikrin sadə mədəniyyət sahəsində qəbulu tətbiq olacağı
aşkardır» [181, 52]. O, açıq şəkildə qeyd edirdi ki, panturanizm
ideyası adı altında Azərbaycanın Türkiyə ilə birləşmək niyyəti
yoxdur. Çünki mədəniyyət birliyi sahəsinə çəkilən siyasi
panturanistlər artıq mövqeyini türk millətləri reallığına tərk
etmişdir [181, 53].
Rəsulzadə yazırdı ki, artıq yeni türkçülüklə, yeni
turançılıqla «pantürkizm», «panturanizm»in eyni anlamı
daşımadığı ortada olduğu halda, özəlliklə, Zarevandın
«Türkiyə. Panturanizm» əsərində irəli sürdüyü antitürkçü,
antiturançı müddəaları qəbul etmək mümkün deyildir. Belə ki,
Zarevand və onun kitabına ön söz yazan Mandelştam
bilərəkdən türkçülüyün tarixini və mahiyyətini saxtalaşdırmış,
ona tamam başqa siyasi rəng verməyə çalışmışlar. Məsələn,
|