MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə378/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   374   375   376   377   378   379   380   381   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

357 


məsələsində  manevr  edə  bilmirdilər.  Beləliklə,  Türkçülük  və 

onun  Azərbaycandakı  bir  qolu  olan  Azərbaycan  türkçülüyü 

milli şüurun formalaşmasında təkanverici amil oldu.  

Yeri  gəlmişkən,  burada  Türkçülüklə  onun  bir  qolu 

olan Azərbaycan türkçülüyünü müəyyən qədər fərqləndirmək 

lazımdır.  Əgər  Türkçülük  bütün  Türk  dünyasınının  oyanışını 

və  birliyini  hədəfləyirdisə,  Azərbaycan  türkçülüyü  daha  çox 

bu coğrafiyada yaşayan türklər başda olmaqla, bütün azərbay-

canlıların  çar  Rusiyasının  əsarətindən  qurtulmasını  və  milli 

varlığını  dünyaya  sübut  etməsini  qarşıya  əsas  məqsəd  kimi 

qoymuşdur.  Başqa  sözlə,  türkçülüyün  yerli  forması  olan 

Azərbaycan  milli  ideyası  imkan  verirdi  ki,  «tarixi-coğrafi 

Azərbaycan»  ərazisində  yaşayan  bütün  türk  və  qeyri-türk 

etnoslar  vahid  millət  şəklində  meydana  çıxsınlar.  Əslində  bu 

ideya  ən  azı  bir  əsr  öncə  reallaşmalıydı.  Ancaq  milli  şüur 

istənilən  səviyyədə  olmadığı  üçün  Şimali  Azərbaycan  Türk 

Xanlıqları  birləşmə  bilməmiş  və  çar  Rusiyasının  işğalına 

məruz  qalmışdılar.  Yalnız  bu  işğaldan  sonra  Şimali 

Azərbaycan  türkləri  bir  millət  olaraq  toparlanmağa  və  milli 

şüuru formalaşdırmağa başlamışlar. 

Mirzə  Bala  Məmmədzadə  Azərbaycan  türklərinin 

milliyyətdən  millətə  keçməsini  cəmiyyətin  ayrı-ayrı  üzvləri 

arasında  milli  iradənin,  milli  düşüncənin,  milli  müqavimətin 

bir  sözlə,  milli  şüurun  yaranması  ilə  izah  edirdi.  Onun 

fikrincə,  artıq  XX  əsrin  əvvəllərində  mütərəqqi  Azərbaycan 

türk  mütəfəkkirləri  özlərini  Xanlıqlar  dövründə  saraylara 

toplaşaraq  xanların  zövqünə  uyğun  olaraq  özünü  aparan  şair 

və mütəfəkkirlər deyildirlər: «Bu, kollektiv bir hərəkat idi. Bu 

kollektiv hərəkatdan həqiqətən kollektiv bir vicdan, kollektiv 

bir  şüur  və  iradə  doğacaqdı.  Bu  şüur  və  iradə  büllurlaşdıqca 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin