www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
358
358
mahiyyəti və hədəfi artıq büllurlaşmış olan milli hərəkat öz
zahiri simasına ad taparaq islami etiketdən çıxır, milli türk
simasını alırdı. Çünki kollektiv vicdan islami mahiyyətini
çoxdan tərk etmiş, ictimai münasibətlərdə dinin bağlayıcılıq
yerini dil almış olurdu» [154, 23]. Beləliklə, M.B.Məmməd-
zadənin təbrincə desək, xanlıqlar dövründəki parçalanmış türk
şüuru artıq aradan qalxmağa başlamış, tayfa-xanlıqlar
şüurunun yerini kollektiv şüur – milli şüur (türklük)
tutmuşdur. Rəsulzadə də yazırdı ki, artıq Azərbaycan
insanının şüurunda bir neçə yerə bölünmüş xanlıqlar deyil,
Azərbaycan milli ideyası şüuru formalaşmışdır. Halbuki yüz il
əvvəl Azərbaycan Türk Xanlıqları hakimiyyətlərini çar
Rusiyasına qeyb etdikləri zamanı belə, Azərbaycan xalqı
bugünkü Azərbaycan birliyinə malik deyildilər. Bu baxımdan
Azərbaycan Türk Xanlıqları çar Rusiyasının işğalına məruz
qaldıqdan sonra, milli birliyi-Azərbaycan birliyini bəlkə də,
heç romantik şəkildə belə xəyal etməyən bir millət indi onu
əldə etmişdirsə, deməli, gerçək Azərbaycan birliyi şüuru
olduğu halda Azərbaycanın istiqlalı qaçılmazdır [188, 54].
Şübhəsiz, 20-ci əsrin əvvəllərində milli şüurun
formalaşması prosesinə dünyada və çar Rusiyasında baş verən
tarixi olaylar da öz təsirini göstərdi. Bir tərəfdən tayfa-
xanlıqlar şüurundan uzaqlaşma, digər tərəfdən ümmətçilikdən
millətçiliyə keçid türklük əsasında milli şüurun yaranması ilə
nəticələndi. Bu isə, öz əksini «türk kimliyi», «türk dili», «türk
mədəniyyəti», «türk tarixi», «türk ədəbiyyatı» anlayışlarında
tapdı. Xüsusilə, «Açıq söz» qəzetinin şüarı olan türkləşmək,
müasirləşmək və islamlaşmaq milli şüurun formalaşmasında
həlledici rol oynadı.
|