www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
361
müəyyən bir keçid dövründə onlar üçün ən məqbul variant idi.
Bu baxımdan yalnız milliyyət məsələsindən çıxış etməklə,
beynəlmiləliyyət və islamiyyəti tamamilə bir kənara qoymaqla
milli şüuru formalaşdırmaq istənilən effekti verə bilməzdi.
Məhz əksər aydınlarımızın sosial-demokratizmə münasibətdə
doğru mövqe tutmaları, son nəticədə türkülüyün və
islamçılığın bir ideya kimi marksizm üzərində qalib gəlməsi
ilə nəticələnmişdi. Bununla da milli şüurun əsas bazisi
türkçülük və islamçılıq olmuşdur.
Göründüyü kimi, bu dövrdə müxtəlif ideyaların
fonunda milli şüurun formalaşması heç də asan olmamışdır.
Bir tərəfdən marksistlər və sosialistlər, digər tərəfdən
mühafizəkarlar və ittihadçılar milli şüurun formalaşması
prosesinə əngəl olmağa çalışmışlar. Çünki bu qüvvələr hesab
edirdilər ki, milli şüura sahib olmaq uyğun şəkildə dünyada
sosializmin və islamiyyətin qələbəsinə nail olmağa əngəldir.
Bu mənada, milli şüuru sosialist və islami beynəlmiləlçiliyə
zidd sayanlar hesab edirdilər ki, Azərbaycan milli ideyası
utopiyadan başqa bir şey deyildir. Üstəlik, onların fikrincə,
Azərbaycan milli ideyası «İslam birliyi»nə, yaxud da
sosializm hərəkatına zərbə idi. Parlamentin ilk iclaslarının
birində Rəsulzadə məhz bu cür müddəaları nəzərə alaraq
demişdir ki, vaxtilə Azərbaycan milli ideyası irəli sürüləndə
mühafizəkar islamçılar bunu «İslam birliyi»ni parçlamaq,
sosial-demokratlar isə dünyada sosializmin qalib gəlməsi
ideyasına xəyanət kimi görmüşlər. Ancaq Cümhuriyyət
yarandıqdan sonra istər mühafizəkar islamçılar, istərsə də
sosialistlər Azərbaycan milli ideyasını iki əllə müdafiə
etmişlər [34, 50].
|