www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
356
356
milli şüurun aparıcı qüvvəsi dini şüur-islamçılıq idisə, daha
sonra onu türkçülük əvəz etmişdi. Bu dövrdə xüsusilə, Əhməd
Ağaoğlu məhz dini birliyi milli birlik kimi («islam
millətçiliyi») qələmə vermişdir. Belə ki, Ağaoğlu Quranın
mahiyyətindən xəbərsiz olduğumuzu, əgər biləriksə buna
doğru müəyyən addımların atılıcağına inamını ifadə etmişdir.
Onun fikrincə, Qurandan uzaqlaşmağımızın nəticəsidir ki,
müsəlmanlar arasında milli birlik yoxdur. Bu baxımdan
Qurana üz tutaraq milli birlik məsələsini -«müsəlmanlar
qardaşdırlar» prinsipini dərk etməli və bu ideyanı cəmiyyət
daxilində yaymaq lazımdır [251]. Ancaq onun bu ideyası
özünü doğrultmadı. Buna səbəb də dini şüura aid bəzi
məsələlərin lüzumsuz yerə milli şüura da aid edilməsi idi.
Bu mənada, İslamçılıqdan Türkçülüyə keçid milli
şüurun formalaşması yolunda mühüm bir addım idi. Belə ki,
çar Rusiyası ideoloqlarının sayəsində milli kimliyi və milli
dili saxtalaşdırılan Azərbaycan türklərinin milli şüurunun
oyanmasında milli özünəməxsusluqlar (türk kimliyi, türk dili,
türk tarixi, türk mədəniyyəti, türk qəzeti, türk teatrı) din
faktorundan daha vacib idi. Çar Rusiyasının ideoloqları, fars
şovinistləri və onların havadarlarının sayəsində «müsəlman»,
«tatar», «persian», «fars» və s. adlarla milli kimliyi və milli
dili saxtalaşdırılan Azərbaycan türklərinin milli şüuru
türkçülük əsasında formalaşdırmaqdan başqa seçənəyi
qalmamışdır. Bu o demək deyil ki, milli ideoloqlar İslamçılıq
və Çağdaşlıq şüurunu bir kənara qoydular. Əslində bu
mümkün də deyildi. Sadəcə, Türklük milli şüurun
formalaşmasında İslamçılıq və Müasirlikdən önəmli, aparıcı
olduğunu sübut etdi. Çünki İslamçılıq və Müasirləşmək
ideyalarından fərqli olaraq antitürk ideoloqlar Türklük
|