MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə400/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   396   397   398   399   400   401   402   403   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

377 


Ancaq  bu  bütün  dövrlərdə,  o  cümlədən  20-ci  yüzillikdə  və 

hazırda da ən ciddi problemlərdən biri olaraq qalmaqdadır. 

Bu  baxımdan  qloballaşmanın  geniş  yayıldığı  indiki 

dövrdə  «sollar»  və  «sağlar»  arasında  mərkəzi  mövqe  tutmaq 

çox  çətindir.  Özəlliklə,  modernləşmə,  postmodernləşmə, 

vətəndaş  cəmiyyəti  ideyaları  ilə  şiəlik,  vahabilik,  millətçilik, 

ələvilik  ideyaları  arasında  uzlaşdırma  tapmaq  heç  də  asan 

məsələ  deyildir.  Bu  mənada,  «milli  demokratiya»dan,  «milli 

sosializm»dən  hər  hansı  formada  nisbi  də  olsa,  bəhs  etmək 

mümkündürsə, ilk baxışda «milli vətəndaş cəmiyyəti», «milli 

modernləşmə»  bir  o  qədər  də  məntiqə  və  təfəkkürə  uyğun 

gəlmir.  Ancaq  kiminsə,  bunu  da  iddia  etməsi  istisna  deyil. 

Hətta,  hər  hansı  cəmiyyətdə  hakim  qüvvənin  «milli  vətəndaş 

cəmiyyəti»  modeli  həyata  keçirmək  istəyinə  düşməsi  də 

mümkündür. Özəlliklə, həmin cəmiyyətdə hakim siyasi qüvvə 

bunda  maraqlı  olarsa,  «milli  vətəndaş  cəmiyyəti»  də 

«reallaşa» bilər.  

Yeri  gəlmişkən,  «Vətəndaş  cəmiyyəti»ndən  bəhs 

olunarkən  tez-tez  belə  bir  fikrin  səsləndirilməsi  ki,  hər  hansı 

toplumda  ABŞ-a  məxsus  vətəndaş  cəmiyyəti  tətbiq  olunarsa, 

bu zaman yerli adət-ənənələr, milli özünəməxsusluqlar nəzərə 

alınmalıdır,  dediyimiz  «milli  vətəndaş  cəmiyyəti»  modelinə 

doğru getməyin bir nişanəsidir. Onda ortaya belə bir sual çıxır 

ki,  «sovet  vətəndaşı  cəmiyyəti»  təfəkküründən  tam  xilas  ola 

bilməyən,  üstəlik  milli  şüuru  natamam  olan  bir  toplumda 

«milli  vətəndaş  cəmiyyət»i  modelini  tələm-tələsik  həyata 

keçirmək nə dərəcədə doğrudur?  

Fikrimizcə,  bu  sualın  aydın  cavabını  bilmək  üçün 

hökmən  vaxtilə  başqa  bir  formada  Azərbaycanda  həyata 

keçirilən  oxşar  iki  nümunəyə:    1)  sosializm-kommunizm 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin