www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
376
376
milliləşdirilməsi onların bəşəri mahiyyətinə xələl gətirir. Yəni
onların əsil mahiyyətindən uzaqlaşmasına səbəb olur.
Şübhəsiz, bu məsələdə «sollar» müəyyən qədər haqlıdırlar.
Çünki bu zaman hər hansı bir ölkədə mövcud olan hakimiyyət
mövcud olan problemləri həll etmək əvəzinə, dünyanı və öz
cəmiyyətini «milli demokratiya» pərdəsi altında aldatmağa da
çalışa bilər. Bir qədər də dərinə getdikdə hakim qüvvə bəyan
edə bilər ki, hər bir xalqın demokratiyası onun adət-
ənənələrinə və mədəniyyətinə uyğundur. Bu mənada, başqa
ölkələr bizim daxili işimizə qarışa bilməz və s.
Yeri gəlmişkən, «sağlar» da «sollar» kimi beynəlmiləl
ideyaları birmənalı şəkildə qəbul etmirlər. «Sağlar»a görə,
beynəlmiləl ideyalarda öz əksini tapan müddəaları kənarda
deyil, ya millətin öz adət-ənənələrində, ya da dini dəyərlərdə
axtarmaq lazımdır. Xüsusilə, dini ideydan çıxış edənlərin
fikrincə, xristianlıq və islamlıq özü beynəlmiləl ideyalardır.
Məsələn, müsəlman din xadimlərinə görə demokratiya,
liberalizm, vətəndaş cəmiyyətinə aid müddəaların bir çoxu
Quranda vardır. Ona görə də Qərbin məhsulu olan bu cür
ideyaların müsəlman ölkələrində tətbiqinə ehtiyac yoxdur.
Fikrimizcə, yalnız milli-demokratik məfkurədən çıxış
edən qüvvələrin beynəlmiləl və milli ideyalara münasibəti
daha obyektiv olmuşdur. Belə ki, milli-demokratik məfkurəni
təmsil edən qüvvələr milli varlıqlarını ifadə etmək və
yaşatmaq üçün «sol»-radikal beynəlmiləl və «sağ»-
mühafizəkar ideyalar arasında ortaq nöqtələr tapmağa
çalışmışlar. Xüsusilə də, dini kimliklərindən asılı olaraq ayrı-
ayrı millətlər (fransız, ərəb, türk, alman, yapon və b.)
çalışmışlar ki, bu məsələlərdə mərkəzi mövqe tutsunlar.
|