www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
390
390
Bu gün beynəlmiləlçilik özünü Azərbaycanda Qərbin,
yaxud da Avropanın demokratik ideyaları şəklində büruzə
verir. Eyni zamanda bizə qonşu dövlətlər də, bu və ya digər
dərəcədə beynəlmiləlçiliyin müxtəlif variantlarını əldə bayraq
edərək millətin şüuruna müəyyən mənada təsir göstərirlər.
Günümüzdə bəzi tədqiqatçılar, ideoloqlar hesab edirlər
ki, «üçlük»dən çıxış etmək hazırkı şəraitdə mümkün deyildir.
Bunu, ötən əsrin əvvəllərində eynilə sosial-demokratlar və
ittihadçılar deyirdilər. Bu gün isə özlərini demokratlar, liberal-
lar, bir sözlə vətəndaş cəmiyyəti, modernləşmə tərəfdarları
kimi təqdim edənlər həmin müddəanı önə çəkirlər. Bu cür
düşünənlərin fikrincə, 20-ci əsrin əvvəllərində islamlaşmaq və
türkləşmək lazım və zəruri idi, indi isə artıq onlara bir o qədər
ehtiyac yoxdur. Maraqlıdır ki, həmin dövrdə bu fikri müdafiə
edənlər ən çox marksistlər olmuşlar. Onlar hesab edirdilər ki,
sosializm quruculuğunda millət və dinə yer yoxdur. İndi də
bəzi ideoloqlara görə, vətəndaş cəmiyyəti quruculuğunda
millətə və dinə əhəmiyyətli pay düşmür. Çünki vətəndaş
cəmiyyətində dini, milli, hətta sinfi ideologiyalar deyil,
sağlam düşüncə, şüurlu azadlıq və məsuliyyət əsasdır. Bir
sözlə, vətəndaş cəmiyyətində ən ali dəyər milli kimlik (millət),
dini kimlik (müsəlman, xristian), siyasi kimlik (sağçı, solçu,
mərkəzçi) deyil insandır [50, 42]. Bu mənada, vətəndaş
cəmiyyəti modeli əslində liberalistlərin, marksistlərin
ideyalarının yeni bir formasından başqa bir şey deyildir.
Bizcə, hər hansı toplumda fərdin azadlığı millət və
dövlətin azadlığından üstün tutularsa, həmin cəmiyyətin milli
və siyasi varlığı gec-tez təhlükə altına düşmüş olacaqdır.
Çünki fərd özünü daha çox azad hiss etdikcə, mənsub olduğu
millət və dövlətə bağlılığı azalacaqdır. Bu mənada, insanın
|