MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə422/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   418   419   420   421   422   423   424   425   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

398 



398 

dərinləşdikcə  törələr  və  adət-ənənələr  get-gedə  tamamilə 

unudulur. Milli şüurun əsasın təşkil edən törələr unudulduqda 

qan-nəsil  birliyinin  də  mahiyyəti  itir.  Bir  növ  keçmişini  görə 

bilməyən,  yalnız  bu  günü  ilə  yaşayan  və  sabahını  başqaları 

müəyyənləşdirən  amorf  bir  topluma  çevrilir.  Burada  keçmiş 

dedikdə,  milli  yaddaşı  –  tarix  şüurunu  və  törələri  (adət-

ənənələri)  bir  yerdə  nəzərdə  tuturuq.  Özgələşən,  yaxud  da 

milli  yaddaşından uzaqlaşdırılan millət  üçün bunların heç bir 

mənası  yoxdur.  Onun  şüurunda  yalnız  bu  gün  var.  Bu  günlə 

yaşamaq  yalnız  törələrə,  adət-ənənələrə  laqeydlik  deyil,  həm 

də  gələcəyi  görə  bilməməkdir.  Bir  növ,  «praqmatist»  olmaq 

düşüncəsi altında başqalarının ovu olmaqdır.  

Halbuki 


ingilis-amerikan 

praqmatizmi 

mahiyyət 

etibarilə  bu  günlə  yaşamaqdan  çox,  bu  günün  problemlərini 

zəmanənin  tələblərinə  uyğun  şəkildə  həll  etməkdir.  Ancaq 

bunu «həyata bağlılıq» kimi dərk edən cəmiyyətlərin şüurunda 

günün problemlərini zəmanənin tələblərinə uyğun şəkildə həll 

etmək  deyil,  özünü  taleyin  axarına  buraxmaqdır.  Bu  taleyin 

axarı  «Allaha  təvəkkül»  mənasında  öz  «təsbitini» 

gücləndirməklə,  «palaza  bürün  elnən  sürün»  kimi  mahiyyət 

alır.  Artıq  insan  ətrafında  baş  verən  proseslərə  müstəqil 

düşüncədən daha çox, başqaları necə mən də elə «prinsipi» ilə 

yanaşır.  Belə  bir  vəziyyətdə  olan  insan  və  həmin  insanların 

ümumiliyi olan cəmiyyət özünü dərk etməkdə çətinlik çəkir.  

Özəlliklə,  tarixi  və  mədəniyyət  şüuru  baxımından  milli 

yaddaşı  dolaşdırılmış  bir  cəmiyyətdə  insanların  xeyli  qismi 

özünə  özünün  deyil,  başqalarının,  yad  millətlərin  gözü  ilə 

baxırlar.  Bütün  bunlar  toplumda  natamamlıq,  yarımçıqlıq 

kompleksi yaradır. Hətta, bəzən özgələşmə prosesi o dərəcəyə 

gəlib  çatır  ki,  başqa  millətlərin  aydınlarının  onun  tarixi, 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin