www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
395
müstəqillik təcrübəsi az olan, milli şüuru tam formalaşmayan
millətlər qalırlar.
Şimali Azərbaycan türkləri kifayət qədər dövlətçilik
ənənələrinə (Xəzər İmperiyası, Sacilər, Qaraqoyunlular,
Şirvanşahlar, Səfəvilər və b.) malik olsalar da, son iki əsrin
böyük bir dövrünü çar Rusiyası imperiyasının tərkibində
yaşamalarından dolayı müstəqillik təcrübəsi azalmışdır. Eyni
zamanda gənc bir dövlətin əhalisi arasında milli şüurun
formalaşması prosesi başa çatmadığına görə, qlobal ideyaların
təsirinə daha çox məruz qalan ölkə halına gəlmişdir. Bu
baxımdan milli ideyaların, yoxsa beynəlmiləl ideyalarıın
hansının vacibliyi məsələsində Azərbaycan xalqının seçim
etmək məsələsində ictimai şüur problemi vardır. Xüsusilə,
sovet-müstəmləkə nəsli ilə yeni-müstəqil nəsil arasında
varislik probleminin bu günə qədər həll olunmaması məsələni
daha da mürəkkəbləşdirir. Sovet nəslinin əksəriyyəti daha çox
«saxta beynəlmiləlçiliyə» uyğunlaşdığı üçün milli ideyalara
münasibətdə «rus kommunizmi» «xəstəliyi»ndən qurtula
bilmir. Əvəzində sovet nəsilinin övladları olan yeni nəsilin
əksəriyyəti milli ideyaları tam dərk edə bilməydiyi üçün
beynəlmiləl
ideyalara
münasibətdə
«modernləşmək»
xəstəliyinə tutulur. Belə bir şəraitdə, sovet nəsli ilə yeni nəsil
arasında uzlaşdırma tapmaq heç də asan məsələ deyildir. Bu
mənada, milli şüurun formalaşması prosesi də mürəkkəbliyi
ilə diqqəti cəlb edir. Ona görə də bəzi sahələrdə ciddi
addımlar atılmadan milli şüurun yox yerdən formalaşmasını
gözləmək doğru olmazdı.
Dostları ilə paylaş: |