MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə521/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   517   518   519   520   521   522   523   524   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

493 


ki,  həmişə  Türkiyə  və  Azərbaycan  türklərini  yalnız  dışardan 

deyil, içəridən də bir-birindən ayrımağa xidmət edən qüvvələr 

olmuşdur  və  bu  gün  də  var.  Türkülüyn  düşməni  olan  bu 

qüvvələr  heç  bir  zaman  türk  millətlərinin  birliyinə 

sevinməmiş,  daima  onlar  arasında  nifaq  salmağa  çalışmışlar. 

Biz  bunu  keçmiş  tarixdə  Teymurlar  və  Bəyazidlər,  Şah 

İsmayıllar  və  Sultan  Səlimlər,  Şah  Təhmasiblər  və  Sultan 

Süleymanlar  və  başqa  zamanlarda  çox  görmüşük.  Biz  bunun 

20-ci  əsrin  əvvəllərində  də,  Cümhuriyyət  dövründə  və 

Cümhuriyyətin  işğalından  sonrakı  dövrlərdə  də  şahidi 

olmuşuq.  Bu  gün  də  Türkiyə-Azərbaycan  birliyinin,  ilk 

növbədə  siyasi,  iqtisadi,  hərbi,  mədəniyyət  və  s.  sahələrdə 

birliyinin  baş  tutmaması  üçün  əlindən  gələni  edən  iç  və  dış 

qüvvələr  vardır.  Şübhəsiz,  o  dövrdə  türk  birliyinə  qarşı 

olanlara  Ə.Cəfəroğlular,  Ə.Ağaoğlular,  Ə.Hüseynzadələr, 

M.B.Məmmədzadələr,  M.Ə.Rəsulzadələr,  A.İldırımlar  və 

başqaları cavab verdiyi kimi, bu gün də bizlər vardır və sabah 

da başqaları olacaqdır. 

Maraqlıdır ki, əsrlər boyu və günümüzdə də yunanlar, 

farslar, ərəblər, gürcülər, ermənilər və başqa millətlər, onların 

tarixçiləri  bizləri  (Türkiyə,  Türküstan,  Azərbaycan,  Krım, 

Tatarıstan  və  b.  ölkələrdə  yaşayan  türkləri)  türk 

adlandırdıqları halda, eyni millətin genini daşıyanlardan biri – 

Azərbaycan  türkü  digərinə  –  Türkiyə  türkünə  vaxtilə 

«osmanlı»  dediyi  kimi,  indi  də  Türkiyə  türkü  Azərbaycan 

türkünə  «azəri»  deyir.  Doğrudanmı  21-ci  əsrdə  türkün  türkə 

«türk» deməsi bu qədər çətindir?! Təbii ki, yox. Sadəcə, bütün 

bunlar  türkün  şüuruna  yeridilən  assimilyasiya  siyasətidir. 

Türkü məhv etməyin ən asan yolu, türkü türklüyündən – türk 

kimliyindən,  türk  dilindən,  türk  mədəniyyətindən,  türk 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   517   518   519   520   521   522   523   524   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin