MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə529/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   525   526   527   528   529   530   531   532   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

501 


yozulur. Bununla da iddia olunur ki, türkçülük yalnız türklərin 

maraqlarını  müdafiə  edən  ideyadır.  Ancaq  bu  doğurdanmı 

belədir? Bizə elə gəlir ki, burada problem yalnız türkçülüyün 

digər  etnosların  maraqları  ilə  uzlaşıb-uzlaşmaması  ilə  deyil, 

həm  də  qeyri-türk  etnosların  özlərinin  buna  hansı  münasibət 

bəsləməsi ilə bağlıdır.  

Bunun üçün 20-ci əsrdə Türkiyə və Azərbaycanda baş 

verən  siyasi-ideoloji  proseslərə  nəzər  salmaq  yetərlidir. 

Məsələn,  1920-1930-cu  illərdə  türkçülüyün  yalnız  Türkiyə 

türklərinin  deyil,  bütün  türk  xalqları  açısından  daha  geniş 

anlam  kəsb  etdiyi  bəyan  edilərək,  onun  əvəzində  konkret 

Türkiyədə  yaşayan  türk  və  qeyri-türk  vətəndaşların  birliyini 

hədəfləyən  xalqçılıq,  millətçilik,  inqilabçılıq,  dünyəvilik, 

respublikaçılıq  və  dövlətçilik  irəli  sürülmüşdür  [216

a

,  141]. 



Burada  məqsəd  türk  olmayan  azsaylı  etnik  qrupların 

mənafeyini  nəzərə  almaq  idi.  Halbuki  Türkiyə  Cümhuriyyət 

qurulana (1923) qədər Z.Gökalpın müdafiə etdiyi türkləşmək, 

müasirləşmək  və  islamlaşmaq  «düsturu»  Türkiyə  türklərinin 

əsas  ideologiyası  idi.  Özü  də  bu  ideologiyanın  arasında 

türkçülük ideyası aparıcı rola malik idi.  

Bununla 

belə, 


Türkiyə 

Cümhuriyyətinin 

qurulmasından sonra türkçülük ideyası müəyyən mənada arxa 

plana  keçirilməyə  başladı  və  onun  yerini  müəyyən  mənada 

türkiyəçilik,  xalqçılıq,  ya  da  dövlətçilik  ideyaları  tutmağa 

başladı. Bununla da, türkçülükdən imtina olunmasa da, ancaq 

onun  Türkiyədə  əsas  ideya  kimi  rolu  bir  qədər 

məhdudlaşdırıldı. Belə ki, bir tərəfdən türk dili rəsmi dil elan 

olunub,  vahid  türk  millətinin  olması  barədə  müədəalar  Ana 

Yasada  öz  əksini  tapsa  da,  digər  tərəfdən  vahid  Türk  milləti 

dedikdə etnik deyil, siyasi millət nəzərdə tutulurdu. Bu siyasi 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   525   526   527   528   529   530   531   532   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin