MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə530/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   526   527   528   529   530   531   532   533   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

502 



502 

millətə  isə  türk,  kürd,  laz  və  bütün  etnoslar  daxil  edilirdi. 

Bununla  da  Türkiyə  daxilində  bir  neçə  ideya  (dövlətçilik, 

xalqçılıq,  müasirləşmək  və  s.)  ilə  birlikdə  mövcud  olan 

türkçülüyün, yalnız ölkə xaricində qalan türklərin mənafeyini 

müdafiə  etməsi  baxımından  milli  ideologiya  ola  bilməsi 

vurğulanırdı.  Hətta,  əvvəllər  türkçülük,  islamlaşmaq  və 

müasirləşmək  uğrunda  mübarizə  aparan  Z.Gökalp  özü  də 

yazırdı  ki,  Türkiyə  üçün  hazırda  türkçülük  deyil,  real  olaraq 

türkiyəçilik  vacibdir.  Onun  fikrincə,  türkçülük-oğuzçuluq  və 

turançılıq  isə  bütün  türklərin  gələcək  idealıdır.  Bu  mənada 

Atatürkün  də  əsas  siyasəti  türkçülük  deyil,  heç  bir  milli  və 

dini ayrı-seçkilik qoyulmadan vahid türk millətinin yaranması, 

yəni  türkiyəçilik-dövlətçilik  üzərində  qurulmuşdur.  Ancaq 

Z.Gökalpın  bu  yöndəki  ideyaları,  Atatürkün  siyasi  islahatları 

xeyli dərəcədə uğurlu olsa da, milli məsələnin həllində yetərli 

olmadı.  

Hər  halda,  bunu,  Türkiyənin  bugünkü  siyasi-ideoloji 

mənzərəsi də bizə deməyə əsas verir. Belə ki, Türkiyədə yeni-

dən milli məsələ müzakirə obyektinə çevrilmişdir. Son zaman-

lar  Türkiyədə  baş  verən  proseslər  göstərir  ki,  Türkiyə  türk 

milləti yenidən seçim qarşısındadır [248

a

, 358]. Hətta, hazırda 



Ana  Yasada  dəyişiklik  edilərək  Türkiyə  dövlətində  «türk 

milləti» anlayışının yurddaşlıq-vətəndaşlıq (Türk vətəndaşlığı, 

Türkiyə vətəndaşlığı və s.) anlayışı ilə əvəz olunması ilə bağlı 

fikirlər səslənməkdədir. Ümumiyyətlə, 1995-ci il Azərbaycan 

Konstitusiyasında  olduğu  kimi,  Türkiyənin  yeni  Ana 

Yasasında  da  «Türk»  anlayışının  (türk  milləti,  türk  dili,  türk 

dövləti  və  s.  anlamlarda)  çıxardılmasını  təklif  edən  siyasi-

ideoloji dairələr vardır.  





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   526   527   528   529   530   531   532   533   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin