www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
503
«Türk» anlayışının aradan qaldırılması fikrini irəli
sürənlər hesab edirlər ki, bununla da Türkiyədə etnik
mənşəyindən asılı olmayaraq bütün vətəndaşlar arasında
bərabərlik bərqərar olacaqdır. Buradan belə nəticə çıxır ki,
indiyə qədər Türkiyə dövlətində türklər istisna olmaqla digər
etnik azlıqlara - kürdlər, lazlar, ermənilər və başqalarına,
xüsusilə də kürdlərə qarşı münasibətdə ədalətsizlik olmuş,
onların hüquq və azadlıqları boğulmuşdur. Özəlliklə,
Türkiyənin bir Türk dövləti, onun vətəndaşlarının Türk milləti
adlanması ilə kürdlərə qarşı haqsızlıq edilmişdir. Ona görə də,
Türkiyədə türk dövləti, türk milləti, hətta yeri gələndə Türkiyə
Cümhuriyyəti adından (məsələn, Türkiyə Cümhuriyyəti
Sağlık Bakanlığı deyil, sadəcə Sağlık Bakanlığı adlandırılsın)
belə istifadə edilməməlidir. Deməli, Türkiyədə dövlətin adına
birmənalı münasibət bəsləməyən, bu mənada yenidən
Türkiyəni keçmiş Osmanlı imperiyasına oxşar bir dövlət kimi
görmək istəyənlər vardır. Bu mənada, nəinki türk anlayışı,
eyni zamanda dövlətin adı olan «Türkiyə Cümhuriyyəti»
məfhumu belə bəzi dairələr tərəfindən qəbul edilməz hala
gəlmişdir.
Bu onun göstəricisidir ki, Türkiyə bir vaxtlar Azərbay-
canda olduğu kimi, türk kimliyinin dövlətçilik, vətənçilik,
insaniyyət ideyaları fonunda aradan qaldırılması təhlükəsi ilə
üz-üzə qalmışdır. Artıq istisna deyil ki, Türkiyənin yeni Ana
Yasasında türk anlayışı ilə bağlı nə varsa, hamısı aradan
qaldırıla bilər. Hətta, bunlardan birinin Türk dili ilə bağlı
olması da mümkündür. Ola bilsin ki, 1995-ci ildə Azərbaycan
Respublikası referendum yolu ilə Türk dilindən imtina edib
«Azərbaycan dili»nə üz tutduğu kimi, Türkiyədə də buna
oxşar «yeni dil» və «yeni dil»ə uyğun «yeni vətəndaş»
|