www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
500
500
türkçülük aparıcı ideyaya çevrilə bilmir. Üstəlik, türkçülük
tərəfdarları türkçülük ideyasının bu gün Türkiyədə və
Azərbaycanda hakim ideya olmasından çox, həmin ideyanın
bu və ya digər formada qorunması və yaşadılması uğrunda
mücadilə aparırlar. Çünki Türkiyədə və Azərbaycanda
türkçülük daha çox şovinizm mənada millətçilik kimi qələmə
verilir və bunun fonunda türkiyəçilik, azərbaycançılıq,
yurddaşlıq, vətəndaşlıq, dövlətçilik önə çəkilir. Deməli, bu
gün istər Türkiyədə, istərsə də Azərbaycanda türkçülüyə
məhdud, hətta millətçi ideya kimi baxanlar vardır.
Digər tərəfdən, türk millətinin özü də ancaq bir
dövlətin tərkibində yaşamır. Belə ki, türklərin yaşadığı
coğrafiya böyük olduğu üçün, onların bir yox, bir neçə dövləti
(Azərbaycan, Türkiyə, Türkmənistan, Qırğızıstan və b.)
mövcuddur. Hətta, türklərin bir qismi Çin, İran kimi bəzi
dövlətlərdə hüquqsuz və haqsız bir şəraitdə yaşayırlar. Bu
zaman məlum olur ki, türkçülük iki halda: 1) hər hansı türk
dövlətində türklər monomillət olmadıqları; 2) müxtəlif
məkanlarda, müxtəlif dövlətlərin tərkiblərində yaşadıqları
üçün özünü konkret bir ideya kimi doğrultmur.
Deməli, türkçülüyün ideyadan ideologiyaya çevrilə
bilməsini əngəlləyən əsas faktorlardan biri, bu ideyanın türk
olmayan etnik qrupların mənafeləri ilə «ziddiyyət» təşkil
etməsidir. Əslində «ziddiyyət» deyilən şey Azərbaycan və
Türkiyə türklərinin hər hansı üstünlüyü və sair ilə deyil, daha
çox milli kimliyini və milli dilini türk olaraq göstərməsidir.
Maraqlıdır ki, azsaylı etnik qruplar (kürdlər, lazlar, çərkəzlər,
talışlar, ləzgilər və b.) bu cür etdikdə o, «ziddiyyət» deyil,
onların təbii haqqı kimi qələmə verilir. Ancaq Azərbaycan və
Türkiyə türkləri eyni prizmadan çıxış etdikdə millətçilik kimi
|