www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
508
508
qeyri-milli ideyadan deyil, vahid bir millətin neçə min illiklər
boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli
fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış
etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-
fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s.
mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç
vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb
etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca
götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan,
Özbəkistan, Tatarıstan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı,
mədəniyyəti ilə yanaşı, ümumtürk fəlsəfəsi, türk dini-fəlsəfi
dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiyyatı, türk
tarixindən də bəhs olunmalı, tədris edilməlidir. Ancaq bu
halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında
keçmiş SSRİ-nin tərkibindən çıxaraq yenicə müstəqillik əldə
edən ölkələrin gənc nəsilləri, sözün həqiqi mənasında,
türkçülüyü – türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsi-
ni, türk tarixini daha dərindən və yaxından anlamış olacaqlar.
Məhz bütün bunların gerçəkləşəcyi təqdirdə «Türk əsri»ndən
bəhs etmək olar.
Qeyd edək ki, Qərb və Avropanın Türkiyə türklərinin
mənlik şüurunun zədələnməsi, əvəzində etnik qrupların «milli
şüurunun oyadılması» işini, təxminən vaxtilə eyni xətt üzrə
Sovet Rusiyası Azərbaycan türkləri arasında həyata keçirməyə
çalışmışlar. Məhz bu antitürk ideologiyanın nəticəsidir ki, 20-
ci əsrin əvvəllərində müstəqillik elan etmiş Azərbaycan
Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal olunduqdan bir
müddət sonra milli kimliyindən və milli dilindən məhrum
edilmişdir. Eyni siyasəti bu və ya digər dərəcədə Sovet
Rusiyası
Orta
Asiyadakı
digər
türk
dövlətlərinə
|