www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
505
siyasətindən nəticə çıxarmaq əvəzinə tarixdə bir neçə dəfə
«müstəqil Ermənistan», «müstəqil Kürdüstan» dövlətləri
yaratmağa cəhd göstərmişlər. Xüsusilə, ermənilərin milli
kimliklə yanaşı, dini kimliyi də irəli sürməsi, 20-ci əsrin
əvvəllərində tarixi Türk torpaqlarında «Ermənistan dövləti»
yaratması ilə nəticələnmişdir. Halbuki ermənilər Rusiyanın və
başqa böyük xristian inanclı dövlətlərin dəstəyi ilə «müstəqil
dövlət» yaradana qədər Osmanlı imperiyasında müxtəlif
yüksək vəzifələr tuturdular. Türklər isə bu məsələyə milli və
dini kimlik deyil, dövlətçilik, yəni bilik və bacarıqlı insanların
layiq olduğu vəzifəni tutması baxımından yanaşdıqları üçün,
buna heç bir etiraz etməmişlər. Hətta, türk imperiyası
olmasına baxmayaraq, Osmanlıda bir çox hallarda haqsızlıqla
üzləşənlər türklər özləri olmuşlar.
Bütün bunlar o deməkdir ki, XX əsrin əvvəllərində
bəzi etnik qrupların, xüsusilə də ermənilərin və kürdlərin
fəallaşaraq müstəqil dövlət yaratmaları fikrinə düşmələri,
onların Osmanlıda milli və yaxud da dini kimliklərindəki hər
hansı ayrı-seçkiliklə deyil, Türk ruhunu qəbul etməyən xarici
qüvvələrin də təhriki ilə əsrlərboyu barış içində yaşadıqları
türklərə xəyanət etmələri ilə bağlı olmuşdur. Bu xəyanətin
nəticəsi olaraq da ermənilər XX əsrin əvvəllərində
himayədarlarının birbaşa yardımı ilə «müstəqil dövlət»lərini
yarada bildikləri halda, kürdlər buna nail ola bilməmişlər.
Deməli, XXI əsrin əvvəllərində növbəti hədəf Türk torpaq-
larının hesabına «müstəqil Kürdüstan»ın yaradılmasıdır. Bəs,
sonra?
Bu baxımdan türklərin milli mənlik şüurunun
zədələnməsi (türk dilinin sıxışdırılması, türk kimliyinin
dolaşdırılması, türk tarixinin saxtalaşdırılması və s.), əvəzində
|