www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
497
O da bir faktdır ki, türkçülük kimi azərbaycançılıq da
ilk növbədə, Azərbaycan türklərinin ideyası kimi yaranmışdır.
Çünki türkçülüyü də, onun Azərbaycanda yerli forması olan
Azərbaycan türkçülüyünü yaradan və yaşadan məhz türk
ideoloqları
–
M.Ə.Rəsulzadə,
N.Yusifbəyli,
M.B.Məmmədzadə olmuşdur. Bir sözlə, azərbaycançılıq milli
ideya kimi türk ideoloqları tərəfindən türkçülük əsasında
yaradılmışdır. Bu mənada tarixçi alim Həsən Həsənovun o
fikiri ilə razılaşırıq ki, azərbaycançılıq türk milli düşüncəsi
əsasında qurulmuş milli ideologiyadır (ideyadır): «Biz
türkəsilli Azərbaycan xalqıyıq, dilimiz türkəsilli dildir,
dinimiz islam, siyasi durumumuz müstəqil dövlətçilikdir.
Azərbaycançılıq türkçülüyə əsaslanmaqla həm dövlətimizin,
həm də millətimizin ideologiyasıdır, bunlar arasında heç bir
ziddiyyət yoxdur. Niyə? Ona görə ki, bizim xalqımızın
ideologiyası ilə dövlətimizin ideologiyası arasında heç bir
ziddiyyət yoxdur və ola da bilməz. Azərbaycançılıq
türkçülükdən, türkçülük isə Azərbaycan xalqının və onun
dövlətçilik marağından ayrı bir müstəqil ideologiya deyil»
[99, 151].
Bütün bunların yekunu olaraq hesab edirik ki, hazırda
azərbaycançılıq türklərlə yanaşı, digər azsaydlı etnosları və
milli azlıqları birləşdirdiyi üçün milli ideya kimi qəbul edilə
bilər. Çünki bu zaman sayca çoxluq və azlıq təşkil etməsindən
asılı olmayaraq Azərbaycanda yaşayan bütün etnosların, milli
azlıqların ortaq dəyərlərindən çıxış edilir. Ona görə də siyasi,
iqtisadi, dini, fəlsəfi, etik və s. baxışlarından asılı olmayaraq
bütün azərbaycanlılar azərbaycançılığı qəbul edə bilərlər.
Yadigar Türkelin sözləri ilə desək: «Azərbaycançılıqda
millətin yaşam tərzi, əxlaqi, dini və başqa maddi-mənəvi
|