www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
495
və inandırıcı olan «azərbaycanlı»-«azəri», «Azərbaycan dili»-
«azəri dili» yeni bir statusa çevrilməyə başlamışdır. Bu
mənada istisna etmirik ki, müəyyən bir dövrdən sonra «azəri»
kimliyi və «azəri dili» istər parlament səviyyəsində, istərsə də
dövlət səviyyəsində müəyyən status əldə etsin. Hətta, yaxın
gələcəkdə «Azərbaycan dili» dərsliklərinin «azəri dili»nə
çevrilməsinin də şahidləri ola bilərik.
Bizcə, son zamanlarda bəzi ali məktəblərdə jurnallarda
tələbələrin milliyyəti kimi «azəri» adından istifadə olunması
da məsələnin ciddiliyindən xəbər verir. Hər halda dünənə
qədər bəzi istisnaları nəzərə almasaq (nadir hallarda da olsa,
bəzi tələbələr etnik kimliyini ləzgi, kürd və s. göstərirdilər),
tələbələrin milliyyət qrafasının qarşısında «azəri» deyil,
«azərbaycanlı» yazılırdı. Bu isə, SSRİ dövründən qalma ənənə
kimi hamı tərəfindən «başa düşülürdü».
Görünür, «azəri» kimliyi və «azəri dili» artıq sovet
dövründə formalaşmış Azərbaycan insanının deyil, yeni nəslin
milli mənlik şüuruna hesablanmış bir nəzəriyyədir. Yəni
«azərbaycanlı» kimliyi və «Azərbaycan dili» SSRİ dövründə
yaşamış insanların şüurları üçün hesablandığı kimi, «azəri»
kimliyi və «azəri dili» müstəqil Azərbaycanın vətəndaşlarına
yönəlmişdir. Şübhəsiz, «azəri» anlayışının əsaslandırılmasının
növbəti mərhələlərində tarixə, etnoqrafiyaya, dilçiliyə və
başqa sahələrə də «səyahət» ediləcəkdir və edilir də.
Doğrudur, biz də hesab edirik ki, milli mənlik
şüurunun qorunub yaşaması üçün vətəndaşlığı, yurddaşlığı
bildirən «azərbaycanlı» kimliyində və «Azərbaycan dili»ndə
müəyyən korrektələr edilməlidir. Amma bu korrektələr
türklüklə uzlaşmayan «azəri» kimliyi və «azəri dili» adı
altında deyil, türk kimliyi və türk adı altında baş verməli,
|