MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə526/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   522   523   524   525   526   527   528   529   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

498 



498 

dəyərləri,  millət  sevgisi,  yurda  (vətənə),  millətə  yiyəlik 

duyğusu,  dünya  millətləri  içində  şərəflə  var  olmaq, 

Azərbaycan  Respublikasını  qorumaq,  gəlişdirmək,  «Bütöv 

Azərbaycan»a çevrib sonsuzadək yaşatmaq ruhu vardır» [215, 

21-22].  Başqa  sözlə,  azərbaycançılıq  ona  görə  milli  ideyadır 

ki,  onun  hədəfində  Azərbaycan  dövlətinin  suverenliyi, 

ərazisinin  bütövlüyü,  vahid  Azərbaycan  milləti  (siyasi 

mənada) və s. məsələlər dayanır. Burada önəmli olan azərbay-

canlıların  Azərbaycan  dövlətçiliyi,  ümumi  vətən  əsasında 

birləşməsi  və  onu  qorumasıdır.  Əslində  çağdaş  dövrdə 

azərbaycançılıq  bu  məqsədlə  də  irəli  sürülmüşdür.  Deməli, 

azərbaycançılıq Azərbaycan daxilində bir milli ideyadır. 

Bəs  Azərbaycandan  kənarda  da,  azərbaycançılığı  bir 

milli  ideya  kimi  qəbul  etmək  olarmı?  Zənnimizcə,  buna 

birmənalı  cavab  vermək  çətindir.  Çünki  azərbaycançılığın 

dünya azərbaycanlılarını özündə birləşdirməsi ilə bağlı fikirlər 

səslənsə  də,  ancaq  həqiqət  ondan  ibarətdir  ki,  İranda  eyni 

soykökü  və  dini  inancı  deyil,  hətta  eyni  tarixi-siyasi-coğrafi 

Azərbaycan adını paylaşdığımız azərbaycanlıları, Azərbaycan 

türklərini  müdafiə  etmək  mümkün  olmur.  İran  adlanan  fars-

molla  rejimində  azərbaycanlıların  öz  ana  dillərində  təhsil 

almaları məsələsində faktiki olaraq əl-qolu bağlı qalır, onlara 

heç bir mənada yardım edə bilmirik.  

Bu  zaman  belə  anlaşılır  ki,  əslində  azərbaycançılıq 

daha çox dövlət daxilində milli ideya kimi öz təsdiqini tapır. 

Vətəndən  kənarda  isə  azərbaycançılıq  yalnız  türkçülüyə 

söykəndikdə müəyyən bir məna kəsb edir. Hətta, deyərdim ki, 

Azərbaycandan 

kənarda 


azərbaycanlıların 

birliyi 


– 

azərbaycançılıq  deyil,  türk  dünyasının  birliyi  –  türkçülük 

cəlbedici  görünür.  Bu  zaman  azərbaycançılıq  deyil, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   522   523   524   525   526   527   528   529   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin