www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
79
kimi formulə edilən «üçlük» düsturu; 2) və «Osmanlı
türkçülüyü» ideyalarını fərqləndirmək lazım gəlir.
Ə.Hüseynzadə ilk olaraq 1904-cü ilin noyabrında
Misirdə nəşr olunan «Türk» qəzetinə göndərdiyi «Məktubi-
məxsus» məqaləsində, bəzi istisnaları nəzərə almasaq,
bütövlükdə Y.Akçuraoğlunun «Üç tərzi-siyasət» əsərindəki
«osmançılıq, islamçılıq və tükçülük» ideolojisi ilə razılaş-
dığına işarə etmişdir. Belə ki, Ə.Hüseynzadə də Y.Akçuraoğlu
kimi «osmanlı milləti» ideyasını rədd edərək, diqqətini müasir
ruhlu islamçılıq və türkçülük üzərində cəmləşdirmiş, yeni
ideyanın islam-türk anlayışlarının bütövlüyü ətrafında
yaranmasını vacib saymışdır. Bununla bərabər, Ə.Hüseynzadə
Yusif bəyin «üçlük» proqramında islamçılıq və türkçülüyün
vəhdəti halından kənara çıxarılaraq, ayrı-ayrılıqda götürülüb
siyasiləşdirilməsinə etiraz etmişdir. Ə.Hüseynzadə hesab
edirdi ki, hələlik bu məsələnin siyasiləşdirilməsi, xüsusilə də
islamçılıq və türkçülüyə bölünməsi doğru deyildir. Bu
mənada, o, ayrı-ayrılıqda «islamçılıq» və «türkçülük»
ideyalarının yaranmasının əleyhdarı kimi çıxış edir: «Süni
olaraq ayrıca pantürkizm, panislamizm adları ilə məslək
icadına nə lüzum vardır?» [109, 30]. Sadəcə, Ə.Hüseynzadə
hələlik mədəni türkçülük və mədəni islamçılıqdan çıxış
edərək, hər iki ideyanın bütövlüyünü, birliyini irəli sürür, bu
mənada bütün türk millətlərinin milli-dini birliyini zəruri
hesab edirdi. Əsilində o da yaxşı anlayırdı ki, türklərin
həyatında vəhdət təşkil etməklə yanaşı, islamçılıq və
türkçülüyun ayrı-ayrılıqda özünəməxsus yeri və rolu vardır.
Bu baxımdan Hüseynzadə mədəni birlik kimi islamı və
türklüyü bütöv şəkildə gördüyünü ifadə etsə də, siyasi
cəhətdən türk millətinin milli kimliklərini (türklüklərini) və
|