www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
184
184
Rəsulzadənin özünün də qeyd etdiyi kimi, şovinist millətçilik,
yəni onlarca özgə millətləri hakim millət mənafeyinə fəda edən
rus millətçiliyi deyil, mütərəqqi millətçilikdir: «Halbuki bizim
tərvic elədigimiz əsas bütün milliyyətlər üçün bir dərəcə
hürriyyət və müsavat tələb edir ki, bununla biz rus camaatının da
salim düşünür qismilə heç bir ixtilafda bulunmuyoruz» [186
a
,
172].
Onun fikrinə görə, hər bir milliyyət azad yaşayıb da
tərəqqi edə bilmək üçün üç əsasa: 1) dil; 2) din; 3) zaman-
müasirliyə istinad etmək məcburiyyətindədir. Milliyyətin birinci
əsası dildir ki, dili türk olan bu xalqın etnik mənsubiyyəti də
türkdür: «Dilcə – biz türküz, türklük milliyyətimizdir. Ona görə
də müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk
mədəniyyətinə malikiyyətimiz – məqsədimizdir. Parlaq bir türk
mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımız-
dır» [186
a
, 172].
M.Ə.Rəsulzadə milli ədəbi dilin formalaşması problemi
ilə bağlı qeyd edirdi ki, əski Səlcuqlu-Türkiyə və Azərbaycan
türkcəsi bir olmuş, «ortadakı ayrılığı yaradan şey isə Azərbaycan
danışığının daha çox Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər
kimi türk dövlətlərinin yönətimi altında, Osmanlılardan ayrı,
məzhəb baxımından onlara kəskin qarşı olan başqa bir siyasi
yönətimin özəyini oluşdurmuşdur» [189, 41]. Bu baxımdan dil
məsələsində «osmançılar» (Ə.Hüseynzadə və b.) və «azərbay-
cançılar» (C.Məmmədquluzadə, F.B.Köçərli və b.) arasında orta
mövqedən çıxış edən Rəsulzadə bir tərəfdən türk ədəbi dilinin
xalqın dili ilə bağlı olmasının vacibliyini qeyd etmiş, digər
tərəfdən isə onun həddən artıq «aşağıya» enməsinin əleyhinə
çıxaraq ortaq türkcənin yaranması təklifi ilə çıxış etmişdi:
«Ədəbi dil, xalqın anlayacağı dildir. Yazı dili xalqın danışdığı
|