MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə211/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   207   208   209   210   211   212   213   214   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

200 



200 

və  digər  ərazilərmizdən  iddialarını  əl  çəkməsi  və  müharibəni 

dayandırması  halında  belə  bir  güzəştə  getmişdir.    Ermənilərin 

buna  əməl  etməyəcəyi  təqdirdə  isə  Milli  Şuranın  həmin  qərarı 

qüvvədən  düşmüş  hesab  olunacaqdı.  Hər  halda,  Fətəli  xan 

Xoyski  və  onun  silahdaşları  (M.Ə.Rəsulzadə,  N.Yusifbəyli  və 

b.)  həmin  dövrdə  Azərbaycan  xalqı,  Azərbaycan  dövləti  üçün 

mümkün  olan  nə  var  idisə,  onu  da  etdilər.  Bununla  da  onlar 

müəyyən  uğursuzluqlara  baxmayaraq  adlarını  tarixin  qızıl 

səhifəsinə  yazdılar.  Şübhəsiz,  bunların  arasında  ən  alisi 

Azərbaycan Cümhuriyyyətinin istiqlalı  idi.  1918-ci  il  dekabrın 

7-də  Azərbaycan  parlamentinin  ilk  təsis  iclasında  Fətəli  Xan 

Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı 

artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası 

və  sair  olan  müstəqil  bir  dövlətdir:  «Qüvvəmiz  qədər 

vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu 

cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol 

göstərən  işıqlı  ulduzu  bu  şüar  olmuşdur:  Millətin  Hüququ, 

İstiqlalı, Hürriyyəti» [34, 38].  

Xoyski  parlamentdəki  çıxışlarında  Azərbaycanda 

milli-dini ayrı-seçkiliyin olmamasını dəfələrlə bəyan etmişdir. 

O  deyirdi  ki,  Azərbaycandakı  müsəlman  türk  milləti  heç  bir 

zaman  bu  Vətəni  özlərinə  tək  övlad  kimi  görməyiblər.  Yəni 

Azərbaycan  Cümhuriyyəti  bütün  etnoslar  üçün  Vətəndir  və 

onların  bütün  hüquqları  və  azadlıqları  qorunur.  Ona  görə  də, 

Azərbaycanın  əsas  sütunu  olan  türklər  deyil,  bütün  etnoslar 

Milli  İstiqlalı  daima  qorumalı  və  müdafiə  etməlidirlər: 

«Hökumətin  qabağında  mühüm  bir  məsələ  var  isə  də,  o  da 

istiqlaliyyət məsələsidir. Bizim birinci məsələmiz budur. Buna 

diqqət  edəcəyiz.  Sizlərdə    buraya  hər  bir  yerdən  gəlmiş 

olduğunuz  onu  göstərir  ki,  bu  istiqlaliyyət  tək  adamların 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin