MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə219/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   215   216   217   218   219   220   221   222   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

208 



208 

Hər  halda,  işğalın  ilk  günlərində  dünya  dövlətləri,  o 

cümlədən  Türkiyə  qarşısında  müstəmləkəçilik  siyasətini 

pərdələmək üçün sözdə müstəqil Sovet Azərbaycanını rəsmən 

tanıdığını  bəyan  edən  Sovet  Rusiyası  çox  keçmədən, 

İ.V.Stalinin  «kommunistlərin  bir  hissəsinin  digərindən 

müstəqilliyi  ola  bilməz»  mülahizəsi  ilə  onun  müstəqilliyinin 

formal  olduğunu  da  ortaya  qoymuşdu  [45,  56].  Bu  məqsədlə 

də  Moskvadan  Bakıya  göndərilmiş  bolşevik  emissarları  – 

Pankratov, 

Q.N.Kaminski, 

S.Orconikidze, 

Lominadize, 

S.M.Kirov,  L.Mirzoyan,  Sarkis,  A.Mikoyan  və  başqaları 

Azərbaycanda  hər  cür  milliliyin  əleyhinə  mübarizə  aparmış, 

milli  ziyalılara  qarşı  repressiya  siyasəti  yürütmüşlər.  Bu 

baxımdan ABŞ tədqiqatçısı Tadeuş Svyatoçovski  «Rusiya və 

Azərbaycan:  sərhədyanı  bölgə  keçid  dövründə»  əsərində 

doğru  yazır  ki,  Sovet  rejimi  «həm  Azərbaycanda  yerli  dar 

düşüncəni,  həm  də  güclü  şəkildə  ruslaşdırmanı  təşviq  edirdi. 

Bu  iki  istiqamətdə  aparılan  əməliyyat  keçmişlə  əlaqələri 

kəsmək  və  Azərbaycanın  sovet  sisteminə  inteqrasiya 

edilməsini  sürətləndirmək  məqsədi  güdürdü»  [203,  174]. 

Beləliklə,  Mərkəzin  müstəqil  Sovet  Azərbaycanı  ideyasına 

qarşı olan bu cür mövqeyindən, yəni bir tərəfdən vəd verilmiş 

müstəqilliyin  təmin  edilməməsi,  digər  tərəfdən  isə  Sovet 

Azərbaycanı rəhbərliyinin rus, erməni, yəhudi və onların yerli 

əlaltılarından  ibarət  olması  milli  məsələnin  meydana 

çıxmasına  səbəb  olmuşdu.  Milli  məsələyə  münasibətdə  isə 

bir-birinə  əks  cəbhədə  dayanan  iki  qüvvə:  1)  «sollar»;  və  2) 

«sağlar» var idi. 


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin