MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə216/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   212   213   214   215   216   217   218   219   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

205 


sərhədlərinə  yaxınlaşması;  2)  Sovet  Rusiyasından  hərbi 

yardım istəyən Türkiyənin buna ehtiyacının olması məsələləri 

ilə  bağlı  olmuşdur.  Deməli,  Sovet-Rus  ordusu  Azərbaycan 

Cümhuriyyətinin  milli  hökumətini  devirmək  üçün  Türkiyəyə 

hərbi  yardım  bəhanəsindən  maksimum  istifadə  etmişdir. 

Bolşeviklər  yaxşı  anlayırdılar  ki,  Azərbaycan  milli  hökuməti 

vaxtilə ona hər cür yardım edən xilaskar Türkiyənin əleyhinə 

heç bir addım atmayacaqdır. Bolşeviklərin təxmin etdiyi kimi 

də oldu, 1920-ci il aprelin 27-də Sovet-Rus ordusu Türkiyəyə 

hərbi yardım adı ilə Azərbaycanı işğal etdi. Belə bir anda, heç 

olmasa  Azərbaycan  adlı  bir  dövlətin  yaşaması  naminə,  milli 

hökumət:  Azərbaycanın  tam  müstəqilliyinin  qorunub 

saxlanılması,  yeni  yaranan  hökumətin  müvəqqəti  orqan 

olması,  hökumət  idarələrindəki  köhnə  qulluqçuların  tutduğu 

vəzifələrində qalması, hökumət və parlament üzvlərinin həyat 

və  mülkiyyətlərinin  toxunulmazlığının  təmin  edilməsi, 

Azərbaycan  ordusunun  saxlanılması,  siyasi  partiyaların 

sərbəst  şəkildə  fəaliyyət  göstərməsi,  XI  Qırmızı  ordunun 

dəmiryolu  ilə  birbaşa  Türkiyənin  yardımına  getməsi  şərtləri 

ilə hakimiyyəti yerli kommunistlərə təslim etdi [35, 978-979]. 

Bəzi  tədqiqatçıların  yazdığının  əksinə  olaraq 

Rəsulzadə həmin dövrdə Sovet Rusiyasının Türkiyəyə yardım 

bəhanəsindən  istifadə  edərək  Azərbaycanı  işğal  edəcəyini 

anladığı  üçün,  parlamentin  son  toplantısında  hakimiyyətin 

yerli kommunistlərə təslim edilməsinin əleyhinə çıxmışdır. O, 

bəyan  edirdi  ki,  Sovet-Rus  ordusunun  Türkiyəyə  yardım 

etməsi naminə Azərbaycanın qapıları bolşeviklərin üzünə açıq 

olsa  da,  bu  onun  müstəqilliyi  bahasına  başa  gəlməməlidir: 

«Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati 

adında  bir  türk  komandanı  durmuşdur.  Rusiyadan  gələn  bu 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin