www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
207
bir vaxtda türklərin bolşeviklərlə, yəni Sovet Rusiyası ilə
əməkdaşlıq etməsi məcburidir [25, 12-13]. Xüsusilə, Türkiyə
və Azərbaycandakı bəzi kommunist düşüncəli qüvvələrin
(Xəlil paşa, Kazım Qarabəkir paşa, N.Nərimanov, Ə.Qarayev
və b.) Sovet Rusiyasına həddən artıq etimad göstərməsi,
xüsusilə Azərbaycan Milli hökumətinin Sovet hökuməti ilə
əvəz
olunmasının
zəruriliyi
ilə
bağlı
mülahizələr
Azərbaycanın faciəsi, yəni Milli hökumətin devrilməsi ilə
nəticələnmişdir. Hər halda, bunu yalnız Azərbaycan
tədqiqatçıları deyil, bir sıra Türkiyə alimləri – Tarık Zafer
Tunaya, Doğan Avçıoğlu, Səlahəddin Tansel, Aclan Sayılqan
və başqaları da etiraf ediblər [52, 261; 25, 66]. Bu baxımdan
Azərbaycan Cümhuriyyətinin süqutunda milli ideoloqların
başarsızlığını önə çəkmək bir o qədər də inandırıcı deyildir.
Sadəcə, etiraf etmək lazımdır ki, Türkiyənin və
Azərbaycanın bəzi ideoloqları (Mustafa Kamal, Xəlil paşa,
N.Nərimanov və b.) ilk dövrlərdə, doğrudan da Sovet
Rusiyasına etimad göstərmiş, onun sovetləşmə ideyasının
Azərbaycanda reallaşmasında ya maraqlı olmuş, ya da bu
prosesdə birbaşa şəkildə iştirak etmişlər. Ancaq sonralar onlar
Sovet Rusiyasının «sovetləşmə» ideyası adı altında işğalçılıq
siyasətini anlamışdılarsa da, artıq çox gec olmuşdur. Bunu,
Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk də, Sovet
Azərbaycanının rəhbəri N.Nərimanov da etiraf etmişlər. Yəni
onlar «sovetləşmə»dən Azərbaycanın, müəyyən mənada da
Türkiyənin də qazanacağını ümid etdikləri halda, Sovet
Rusiyasının iküzlü və riyakar siyasəti nəticəsində, N.Nərima-
novun təbrincə desək, Azərbaycan yalnız müstəqilliyini deyil,
həm də torpaqlarını itirmişdir.
|