MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə207/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   203   204   205   206   207   208   209   210   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

196 



196 

istiqlal  ideyası  M.Ə.Rəsulzadənin  lideri  olduğu  «Müsavat» 

partiyası ilə assosiasiya olunur [51, 66; 259, 499]. Y.Qarayevin 

təbrincə  desək,  bu  isə  o  deməkdir  ki,  Məhəmməd  Əmin 

Atatürklə yanaşı, Türk xalqlarının XX əsrdə dünyaya verdiyi iki 

müdrik ərindən, iki türk dahisindən biridir: «İki türk xalqının iki 

xilaskarı  bu  adlar  oldular.  Türk  adını  millətlərin  və  xalqların 

demokratiya,  hüquqi  dövlət  və  istiqlal  xəritəsinə  hətta 

Atatürkdən  də  əvvəl  Rəsulzadə  həkk  etdi…  Məncə,  indi 

Atatürkün əsil məqbərəsi heç də Türkiyədəki ən möhtəşəm daş-

divar,  bədii  abidə  kompleksi  deyildir,  yox:  azad,  münəvvər, 

suveren Türkiyənin özüdür. Və Məhəmməd Əmin Rəsulzadə də 

Azərbaycanda  yalnız  belə  bir  möhtəşəm  abidəyə,  mənəvi 

mehraba, milli məbədə köç edə, əbədi qayıda bilər» [127, 126]. 

Bütün  bunları  təsdiq  etməklə  yanaşı,  biz  isə  hesab  edirik  ki, 

ümumilikdə  XX  əsrdə  Azərbaycan  ədəbiyyatına,  tarixinə, 

mədəniyyətinə  də  M.Ə.Rəsulzadə  qədər  diqqət  yetirən,  bunları 

qələmə  alan,  qiymətləndirən  ikinci  bir  azərbaycanlı  mütəfəkkir 

yoxdur.  Bu  baxımdan  Məhəmməd  Əmin  mədəniyyətimizin, 

adət-ənənələrimizin,  milli  dövlətçiliyimizin  unudulmaması  və 

yaşadılması  üçün  əlindən  gələni  etmiş,  yeni  nəslin  yaddaşında 

əbədi bir iz buraxmışdır [81, 260].  



Göründüyü kimi, 20-ci əsrin əvvəllərində ictimai-siyasi 

və  fəlsəfi  fikrin  milli-demokratik  yönü  birmənalı  şəkildə 

millətçilik  (Türk  birliyi),  islamçılıq  (İslam  birliyi),  qərbçilik 

(Qərb 


mədəniyyətini 

mənimsəmək 

və 

müasirləşmək-



yeniləşmək)  və  istiqlalçılıq  (müstəqil  Azərbaycan)  ideyaları  ilə 

bağlı olmuşdu. Burada başlıca məqsəd milli və dini məsələlərin 

əsas  prinsiplərindən  kənara  çıxmamaq  şərti  ilə  Qərbin  müsbət 

demokratik  dəyərlərini  də  təbliğ  etmək  idi.  Deməli,  bu  dövrdə 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin