www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
196
196
istiqlal ideyası M.Ə.Rəsulzadənin lideri olduğu «Müsavat»
partiyası ilə assosiasiya olunur [51, 66; 259, 499]. Y.Qarayevin
təbrincə desək, bu isə o deməkdir ki, Məhəmməd Əmin
Atatürklə yanaşı, Türk xalqlarının XX əsrdə dünyaya verdiyi iki
müdrik ərindən, iki türk dahisindən biridir: «İki türk xalqının iki
xilaskarı bu adlar oldular. Türk adını millətlərin və xalqların
demokratiya, hüquqi dövlət və istiqlal xəritəsinə hətta
Atatürkdən də əvvəl Rəsulzadə həkk etdi… Məncə, indi
Atatürkün əsil məqbərəsi heç də Türkiyədəki ən möhtəşəm daş-
divar, bədii abidə kompleksi deyildir, yox: azad, münəvvər,
suveren Türkiyənin özüdür. Və Məhəmməd Əmin Rəsulzadə də
Azərbaycanda yalnız belə bir möhtəşəm abidəyə, mənəvi
mehraba, milli məbədə köç edə, əbədi qayıda bilər» [127, 126].
Bütün bunları təsdiq etməklə yanaşı, biz isə hesab edirik ki,
ümumilikdə XX əsrdə Azərbaycan ədəbiyyatına, tarixinə,
mədəniyyətinə də M.Ə.Rəsulzadə qədər diqqət yetirən, bunları
qələmə alan, qiymətləndirən ikinci bir azərbaycanlı mütəfəkkir
yoxdur. Bu baxımdan Məhəmməd Əmin mədəniyyətimizin,
adət-ənənələrimizin, milli dövlətçiliyimizin unudulmaması və
yaşadılması üçün əlindən gələni etmiş, yeni nəslin yaddaşında
əbədi bir iz buraxmışdır [81, 260].
Göründüyü kimi, 20-ci əsrin əvvəllərində ictimai-siyasi
və fəlsəfi fikrin milli-demokratik yönü birmənalı şəkildə
millətçilik (Türk birliyi), islamçılıq (İslam birliyi), qərbçilik
(Qərb
mədəniyyətini
mənimsəmək
və
müasirləşmək-
yeniləşmək) və istiqlalçılıq (müstəqil Azərbaycan) ideyaları ilə
bağlı olmuşdu. Burada başlıca məqsəd milli və dini məsələlərin
əsas prinsiplərindən kənara çıxmamaq şərti ilə Qərbin müsbət
demokratik dəyərlərini də təbliğ etmək idi. Deməli, bu dövrdə
|