MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə208/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   204   205   206   207   208   209   210   211   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

197 


milli-demokratik  cərəyan  Azərbaycan  ictimai-fəlsəfi  fikrində 

önəmli yer tutmuşdur. 

Bu  dövrdə  Azərbaycan  türk  aydınlarının  böyük 

əksəriyyəti  (Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə, 

Ə.M.Topçubaşı, 

N.Yusifbəyli 

və 

b.) 


milli 

fəlsəfi 


dünyagörüşlərində  əsas  üstünlüyü  milli-dini  xüsusiyyətlərə  və 

liberal-demokratik  dəyərlərə  vermişlər.  Bu  aydınlar  dövrünün 

tələblərini  və  ideyalarını  da  nəzərə  almaqla  milli  və  dini 

dəyərlərə  sadiq  qaldılar.  Onlar  Azərbaycan-türk  millətinin 

fəlsəfi, mədəni və dini dünyagörüşü əsasında yeni ideyalar irəli 

sürdülər.  Bu  ideyalar  idealist  dünyagörüşdən  əsasən  kənara 

çıxmamış  və  milli  fəlsəfi  fikir  zəminində  təşəkkül  tapmışdır. 

Məhz  bu  aydınların  irəli  sürdüyü  ideyalar  nəticəsində 

Azərbaycan  çar  Rusiyasının  müstəmləkəsindən  qurtularaq  azad 

və müstəqil bir dövlətə çevrilmişdi. Belə ki, ilk rüşeymləri XIX 

əsrin  ikinci  yarısında  qoyulan  və  XX  əsrin  əvvəllərində 

sistemləşən  milli  azadlıq  ideyası  Azərbaycan  Cümhuriyyətinin 

yaranması  (1918)  ilə  nəticələndi.  Ölkənin  siyasi-ideoloji 

mənzərəsinin  dəyişməsində    I  (1905)  və  II  (1917)  Rusiya 

inqilabları  çox  mühüm  rol  oynadı.  Şübhəsiz  ki,  bu  inqilablar 

dövründə  xalq  arasından  milli  liderlərin,  ideoloqların  xalqı  öz 

arxalarınca  aparmaları  müstəsna  yerə  malikdir.  Məhz  onların 

sayəsində  yeni  dövrdə  Azərbaycanda  milli  ideologiyanın  təməl 

prinsipləri müəyyənləşdirildi. Azərbaycanın siyasi azadlığı milli 

muxtariyyətdən  milli  istiqlala  qədər  çox  mühüm  bir  mərhələ 

keçmiş  oldu.  Ən  əsası  odur  ki,  «tarixi-coğrafi  Azərbaycan» 

deyimini, müstəqil və milli Azərbaycan anlayışı əvəz etdi. Milli 

istiqlalın  birmənalı  şəkildə  ideoloqu  olan  M.Ə.Rəsulzadə 

Azərbaycan 

türkçülüyü 

ideyasını 

Azərbaycan 

milli 


ideologiyasına qədər yüksəldə bilmişdi.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin