www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
205
sərhədlərinə yaxınlaşması; 2) Sovet Rusiyasından hərbi
yardım istəyən Türkiyənin buna ehtiyacının olması məsələləri
ilə bağlı olmuşdur. Deməli, Sovet-Rus ordusu Azərbaycan
Cümhuriyyətinin milli hökumətini devirmək üçün Türkiyəyə
hərbi yardım bəhanəsindən maksimum istifadə etmişdir.
Bolşeviklər yaxşı anlayırdılar ki, Azərbaycan milli hökuməti
vaxtilə ona hər cür yardım edən xilaskar Türkiyənin əleyhinə
heç bir addım atmayacaqdır. Bolşeviklərin təxmin etdiyi kimi
də oldu, 1920-ci il aprelin 27-də Sovet-Rus ordusu Türkiyəyə
hərbi yardım adı ilə Azərbaycanı işğal etdi. Belə bir anda, heç
olmasa Azərbaycan adlı bir dövlətin yaşaması naminə, milli
hökumət: Azərbaycanın tam müstəqilliyinin qorunub
saxlanılması, yeni yaranan hökumətin müvəqqəti orqan
olması, hökumət idarələrindəki köhnə qulluqçuların tutduğu
vəzifələrində qalması, hökumət və parlament üzvlərinin həyat
və mülkiyyətlərinin toxunulmazlığının təmin edilməsi,
Azərbaycan ordusunun saxlanılması, siyasi partiyaların
sərbəst şəkildə fəaliyyət göstərməsi, XI Qırmızı ordunun
dəmiryolu ilə birbaşa Türkiyənin yardımına getməsi şərtləri
ilə hakimiyyəti yerli kommunistlərə təslim etdi [35, 978-979].
Bəzi tədqiqatçıların yazdığının əksinə olaraq
Rəsulzadə həmin dövrdə Sovet Rusiyasının Türkiyəyə yardım
bəhanəsindən istifadə edərək Azərbaycanı işğal edəcəyini
anladığı üçün, parlamentin son toplantısında hakimiyyətin
yerli kommunistlərə təslim edilməsinin əleyhinə çıxmışdır. O,
bəyan edirdi ki, Sovet-Rus ordusunun Türkiyəyə yardım
etməsi naminə Azərbaycanın qapıları bolşeviklərin üzünə açıq
olsa da, bu onun müstəqilliyi bahasına başa gəlməməlidir:
«Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati
adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu
|