MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə217/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   213   214   215   216   217   218   219   220   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

206 



206 

mötəcaviz  ordu  təmin  edirlər  ki,  həyat  və  məmat 

mücadiləsində  qalan  Türkiyəni  xilas  üçün  gedir.  Əfəndilər, 

Türkiyə  Azərbaycanın  xilaskarıdır.  Amali  milliyyətimizin 

təbcil  eylədiyi  müqəddəs  bir  məmləkətdir.  Onun  xilasına 

gedən  qüvvəti  biz  məmnuniyyətlə  istiqbal  və  teşyi  edərik. 

Fəqət  bir  şərtlə  ki,  bu  qüvvət  bizim  hürriyyətimizi, 

istiqlalımızı  çeynəməsin.  Halbuki,  əfəndilər,  bizə  sormadan 

hüdudumuzu  keçən  hər  hansı  bir  qüvvət  dostumuz  deyil, 

düşmənimizdir...  Biz  buraya  millətin  iradə  və  arzusuyla 

gəldik,  bizi  buradan  yalnız  qüvvət  və  süngü  çıxarmalıdır» 

[230,  146-147].  Ancaq  Rəsulzadənin  də  yazdığı  kimi,  həmin 

dövrdə  «türklərin  Azərbaycan  üzərində  mənəvi  nüfuzundan 

istifadə ilə bolşeviklər Yaxın Şərqdə özlərini o qədər sevdirə 

bildilər  ki,  bunlar  müsəlmanların  könülünü  fəth  edərək, 

Azərbaycanın 

istila 

deyil, 


əksinə, 

İstanbulu 

belə 

qurtaracaqlarına inandırdılar… Hətta iş o mərhələyə gəlmişdi 



ki,  küçə  baqqalları  belə  bolşevikin,  artıq  gördükləri 

«spekulyasion»  düşməni  olmadığına  inanmışdılar,  dargörüşlü 

ittihadçılar  da  Qarayevin  qızıl  yalanlarına  qapılmışdılar. 

Düşünürdülər  ki,  Rusiya  gələcək,  Ermənistanı  ortadan 

qaldıracaq  və  ordularını  Mustafa  Kamal  Paşanın  yardımına 

göndərəcəkdir.  Yalanın  ömrü  az  olur.  Xalq  hikmətincə  açıq 

olan bu həqiqət bir daha isbat olundu» [188, 50-51].  

Göründüyü  kimi,  Azərbaycan  Cümhuriyyətinin 

işğalında  Rəsulzadə  və  onun  silahdaşlarının  türkçü 

ideolojisinin  başarısızlığı  deyil,  A.Balayevin  də  qeyd  etdiyi 

kimi,  Türkiyə  və  Sovet  Rusiyası  arasındakı  isti  münasibətlər 

həlledici  rol  oynamışdır  [51,  198-199].  O  zaman  Türkiyənin 

rəhbərləri  başda  Mustafa  Kamal  olmaqla,  hesab  edirdilər  ki, 

az  qala  bütün  Qərb  ölkələrinin  Türkiyəyə  müharibə  açdıqları 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin