MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə218/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   214   215   216   217   218   219   220   221   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

207 


bir  vaxtda  türklərin  bolşeviklərlə,  yəni  Sovet  Rusiyası  ilə 

əməkdaşlıq etməsi məcburidir [25, 12-13].  Xüsusilə, Türkiyə 

və  Azərbaycandakı  bəzi  kommunist  düşüncəli  qüvvələrin 

(Xəlil paşa, Kazım Qarabəkir paşa, N.Nərimanov, Ə.Qarayev 

və  b.)  Sovet  Rusiyasına  həddən  artıq  etimad  göstərməsi, 

xüsusilə  Azərbaycan  Milli  hökumətinin  Sovet  hökuməti  ilə 

əvəz 

olunmasının 



zəruriliyi 

ilə 


bağlı 

mülahizələr 

Azərbaycanın  faciəsi,  yəni  Milli  hökumətin  devrilməsi  ilə 

nəticələnmişdir.  Hər  halda,  bunu  yalnız  Azərbaycan 

tədqiqatçıları  deyil,  bir  sıra  Türkiyə  alimləri  –  Tarık  Zafer 

Tunaya, Doğan Avçıoğlu, Səlahəddin Tansel, Aclan Sayılqan 

və başqaları da etiraf ediblər [52, 261; 25, 66]. Bu baxımdan 

Azərbaycan  Cümhuriyyətinin  süqutunda  milli  ideoloqların 

başarsızlığını önə çəkmək bir o qədər də inandırıcı deyildir. 

Sadəcə,  etiraf  etmək  lazımdır  ki,  Türkiyənin  və 

Azərbaycanın  bəzi  ideoloqları  (Mustafa  Kamal,  Xəlil  paşa, 

N.Nərimanov  və  b.)  ilk  dövrlərdə,  doğrudan  da  Sovet 

Rusiyasına  etimad  göstərmiş,  onun  sovetləşmə  ideyasının 

Azərbaycanda  reallaşmasında  ya  maraqlı  olmuş,  ya  da  bu 

prosesdə birbaşa şəkildə iştirak etmişlər. Ancaq sonralar onlar 

Sovet  Rusiyasının  «sovetləşmə»  ideyası  adı  altında  işğalçılıq 

siyasətini  anlamışdılarsa  da,  artıq  çox  gec  olmuşdur.  Bunu, 

Türkiyə  Cümhuriyyətinin  qurucusu  Atatürk  də,  Sovet 

Azərbaycanının rəhbəri N.Nərimanov da etiraf etmişlər. Yəni 

onlar  «sovetləşmə»dən  Azərbaycanın,  müəyyən  mənada  da 

Türkiyənin  də  qazanacağını  ümid  etdikləri  halda,  Sovet 

Rusiyasının iküzlü və riyakar siyasəti nəticəsində, N.Nərima-

novun təbrincə desək, Azərbaycan yalnız müstəqilliyini deyil, 

həm də torpaqlarını itirmişdir.  





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin