MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə226/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   222   223   224   225   226   227   228   229   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

215 


mədəniyyəti  məhv  etmək  idi.  Bu  mənada,  Nərimanov  Sovet 

Rusiyasının  bütün  mənalarda  ona  bağlı  olan  bir  şəxsə  deyil, 

çox sonralar kommunist olmuş keçmiş menşeviklərə, eserlərə, 

hətta  «müsavatçı»lara  güvənməsini  də  vaxtında  anlaya 

bilməmişdir. Çünki Nərimanov öz aləmində müstəqil və milli 

Sovet  Azərbaycanı  vasitəsilə  digər  Şərq  xalqlarını  da 

sosializm  hərəkatına  qoşmaq  istəyirdi.  Ancaq  bu  ideyasını 

həyata keçirmək üçün Mərkəzin ona etibar etmədiyini, üstəlik 

bütün  səlahiyyətləri  Orconikidzeyə,  Kirova,  Mirzoyana  və  b. 

qeyri-türk  kommunistlərə  verdiyni  görən  Nərimanov  yazırdı 

ki,  onlar  isə  ətrafındakı  xəbis  adamları  vasitəsilə  onu  milli 

təmayülçülükdə ittiham  edirlər:  «Mərkəz baş aça bilmirdi ki, 

nə  üçün  mən,  20  il  bundan  əvvəl  öz  romanımda 

beynəlmiləlçiliyi təbliğ etdiyim halda, o zaman ən çətin anda 

müsəlmanlar  arasında  hər  cür  dini  inkar  etdiyim  halda,  indi 

mənim  milli  təmayülüm  olmalıdır,  dünənki  daşnak  və  ya 

müsavatçı  isə  beynəlmiləlçi  olmalıdır.  Burada  məsələni  belə 

qoymaq lazımdır: ya həqiqətən Mərkəz bu məsələdən baş aça 

bilmir, ya da o, ucqar respublikaların daxili işlərinə qarışmaq 

məqsədilə  qəsdən  bu  «beynəlmiləlçiləri»  irəli  çəkir,  müdafiə 

edir» [168, 438].  

Nərimanov  gec  də  olsa,  sonralar  anlamışdı  ki,  həmin 

dövrdə  Sovet  Rusiyasının  Şərqdə  sosializm  inqilabı  etmək 

kimi  niyyəti  olmamışdı.  Belə  bir  niyyəti  olmadığı  üçün  də 

Sovet  Azərbaycanının  milli  və  müstəqil  olması  sovet 

rəhbərlərinə  heç  cür  əl  vermirdi.  Əksinə,  Sovet  Rusiyasına 

müstəmləkə  və  onun  hər  cür  arzu  və  istəklərini  qeyd-şərtsiz 

yerinə  yetirən  «beynəlmiləlçi»  rəhbərlər  lazım  idi.  Məhz 

N.Nərimanov Sovet Rusiyasının rəhbərlərinin nəzərində ideya 

baxımından  deyil,  praktik  baxımından  «beynəlmiləlçi»  hesab 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin