MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə223/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   219   220   221   222   223   224   225   226   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

212 



212 

hökuməti  elan  olunsa  da,  ancaq  bu  yalnız  Bakıda 

gerçəkləşmiş, digər yerlərdə nə varlılar, nə də yoxsullar onun 

gücünü  tamamilə  anlamamışlar.  Çünki  Şura  hökuməti 

torpaqları  varlıların  əlindən  alacağını,  eləcə  də  qaçmış 

bəylərin  və  xanların  torpaqlarını  yoxsullara  verəcəyini  bəyan 

etsə  də,  bunlardan  heç  biri  reallaşmamışdır.  Ona  görə  də 

bolşevik  R.Axundov  Bakıdan  kənarda  qalan  əyalətləri  zorla 

sovetləşdirməyi  təklif  edirdi:  «Kəndlərdə  özümüzə  möhkəm 

əsas  qurmaq  üçün  hələ  hərəkətsiz  duran  arasında  şiddətli 

mübarizə  törətmək  lazımdır.  O  da  birini  yandırmaq,  o 

birilərini  qandırmaqdır.  Qolçomaqları,  müftəxorları  və 

qoçuları  soymaq,  dilsiz,  ağızsız,  hürkəgən  və  məzlum 

yoxsulları  doyurmaq.  Bunu  da  kəndçilərin  öz  əllərilə  başa 

gətirmək  lazımdır.  Qoy  özləri  boğuşsunlar,  özləri  didişsinlər. 

Biz  isə  yoxsul  kəndçilərə  bu  didişmədə  var  qüvvəmizlə 

kömək  edəcəyik,  onlara  yol  göstərəcəyik»  [20,  45]. 

Fikrimizcə,  R.Axundovun  bu  «ideyası»  yalnız  onun 

fikirlərinin  məhsulu  deyil,  bütövlükdə  bolşeviklərin  o 

dövrdəki  dünyagörüşünün örnəyi  idi. Azərbaycanda inqilabla 

hakimiyyətə  gəldiklərini  iddia  etdikləri  halda,  Bakını  çıxmaq 

şərtilə,  hələ  də  yerlərdə  bolşeviklərin  qəbul  olunmadığını 

etiraf  edən  və  buna  görə  də,  yerlərdə  xalqı  bir-birinə 

qırdırmaqla  bolşevik  «inqilabı»  olması  ideyası  ilə  çıxış 

edənlərə  heç  bir  şəkildə  bəraət  qazandırmaq  olmur.  Bütün 

bunlar bir daha göstərir ki,  «27 Aprel inqilabı»  hansı şəkildə 

baş  vermiş  və  Azərbaycan  bolşeviklərinin  bu  inqilabda  rolu 

nədən  ibarət  olmuşdur.  R.Axundovun  Azərbaycan  kommu-

nistlərinin 3-cü qurultayı münasibəti ilə yazdığı məqalədə bir 

daha  etiraf  etdiyi  kimi,  1920-ci  ilin  əvvəllərində  AKP  (b) 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin