www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
208
208
Hər halda, işğalın ilk günlərində dünya dövlətləri, o
cümlədən Türkiyə qarşısında müstəmləkəçilik siyasətini
pərdələmək üçün sözdə müstəqil Sovet Azərbaycanını rəsmən
tanıdığını bəyan edən Sovet Rusiyası çox keçmədən,
İ.V.Stalinin «kommunistlərin bir hissəsinin digərindən
müstəqilliyi ola bilməz» mülahizəsi ilə onun müstəqilliyinin
formal olduğunu da ortaya qoymuşdu [45, 56]. Bu məqsədlə
də Moskvadan Bakıya göndərilmiş bolşevik emissarları –
Pankratov,
Q.N.Kaminski,
S.Orconikidze,
Lominadize,
S.M.Kirov, L.Mirzoyan, Sarkis, A.Mikoyan və başqaları
Azərbaycanda hər cür milliliyin əleyhinə mübarizə aparmış,
milli ziyalılara qarşı repressiya siyasəti yürütmüşlər. Bu
baxımdan ABŞ tədqiqatçısı Tadeuş Svyatoçovski «Rusiya və
Azərbaycan: sərhədyanı bölgə keçid dövründə» əsərində
doğru yazır ki, Sovet rejimi «həm Azərbaycanda yerli dar
düşüncəni, həm də güclü şəkildə ruslaşdırmanı təşviq edirdi.
Bu iki istiqamətdə aparılan əməliyyat keçmişlə əlaqələri
kəsmək və Azərbaycanın sovet sisteminə inteqrasiya
edilməsini sürətləndirmək məqsədi güdürdü» [203, 174].
Beləliklə, Mərkəzin müstəqil Sovet Azərbaycanı ideyasına
qarşı olan bu cür mövqeyindən, yəni bir tərəfdən vəd verilmiş
müstəqilliyin təmin edilməməsi, digər tərəfdən isə Sovet
Azərbaycanı rəhbərliyinin rus, erməni, yəhudi və onların yerli
əlaltılarından ibarət olması milli məsələnin meydana
çıxmasına səbəb olmuşdu. Milli məsələyə münasibətdə isə
bir-birinə əks cəbhədə dayanan iki qüvvə: 1) «sollar»; və 2)
«sağlar» var idi.
Dostları ilə paylaş: |