www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
210
210
beynəlmiləlçilik tərəfdarları («sollar») öz fikirlərindən çıxış
etmir, Mərkəzin, yəni Sovet Rusiyasının diqtəsi altında
hərəkət edirdilər. Məsələn, Sovet Rusiyasının işğalı
dönəmində özünü «bolşevik» kimi doğrultmaq istəyən
«sollar»dan Səməd Ağamalıoğlu hesab edirdi ki, Sovet
Azərbaycanı müstəqil olmamalıdır. Xüsusilə, Zaqafqaziya
Federasiyasının yaranması uğrunda fəal mübarizə aparan
Ağamalıoğlu
marksizm-leninizmin
«xalqlar
dostluğu»
ideyasından çıxış edərək yazırdı ki, ZSFSR-in birləşməsinin
əlehyinə olan millətçiliyin kökü kəsilməlidir. Guya,
millətçilər-«sağlar» anlamalı idilər ki, Azərbaycan türkləri ilə
ermənilər və gürcülər arasında heç bir milli fərq yoxdur:
«Mən erməni kəndində yaşayarkən heç bir milli fərq hiss
etməmişəm. Ona görə ki, bizim nağıl və mahnılarımız bir-
birinə uyğun gəlir. Mən gürcülər arasında da çox yaşamışam,
onların da adət və ənənələri bizimkinə çox yaxındır» [166,
23]. Həmin dövrdə fəal «sollar»dan Əliheydər Qarayev də
hesab edirdi ki, Azərbaycan əsil istiqlalını 27 aprel
inqilabından sonra tapmışdı. Guya, buna sübut fəhlə və
kəndlilərin hakimiyyətdə olmasıdır. Onun fikrincə, millətçilər
fəhlə
və
kəndli
hakimiyyətinə
deyil,
xaricdəki
himayədarlarına söykəndiklərinə görə iflasa uğramışlar.
Bununla yanaşı, o etiraf edirdi ki, onlara «istiqal» verən elə
xarici quvvədir-Sovet Rusiyasıdır. Sovet Azərbaycanı da öz
gələcək varlığını Sovet Rusiyasından ayrı tuta bilməz [168,
437].
Eyni mövqeni müdafiə edən «solçu» Ruhulla
Axundov da yazırdı ki, Sovet Azərbaycanının Sovet
Rusiyasından kənarda müstəqilliyinə ehtiyac yoxdur. Bu
baxımdan Rusiyanın birbaşa təhriki ilə üç Cənubi Qafqaz
|