www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
216
216
olunmurdu. Praktiki «beynəlmiləlçilər» o kəslər («sollar»)
idilər ki, onlar Nərimanovdan fərqli olaraq, Azərbaycanın
sərvətinin Rusiya tərəfindən istənilən şəkildə istimar
olunmasına, üstəlik onun millətinə yuxarıdan aşağı
baxılmasına, eyni zamanda ermənilərin Azərbaycan
rəhbərliyində yüksək vəzifə tutmalarına heç bir etiraz
etmirdilər. Bu baxımdan Nərimanovun əsas savaşı Sovet
Azərbaycanının müstəqilliyini tanımaq istəməyən və
Azərbaycanda özünə «sollar» adı altında «beynəlmiləlçi»
dayaq nöqtəsi yaradan Moskva ilə idi. Nərimanova görə,
Sovet Azərbaycanını simasızlaşdıranlara, onu tanımayanlara
qarşı mübarizə apardığı üçün rəqibləri onu millətçilikdə
ittiham etmişlər [168, 441]. Nərimanov da məhz bu
güvənsizliyə etiraz etmiş, hansı səbəblərdən türklərin deyil,
qeyri-türklərin Sovet Azərbaycanının rəhbəri vəzifələrinə irəli
çəkilmələrini aydınlaşdırmağa çalışmışdır: «Mənim zərrə
qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP
MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni
daşnaklarına tapşırır» [168, 465].
N.Nərimanov qeyd edirdi ki, əgər bir il bundan əvvəl
Azərbaycanda sovet hakimiyyəti türk kütlələrinin ümumi
rəğbəti ilə müdafiə edilirdisə, hazırda hakimiyyət yalnız süngü
gücünə qorunur [168, 452]. Çünki artıq Mərkəz Azərbaycana
açıq-aşkar öz müstəmləkəsi kimi baxır. Bu müstəmləkəçiliyin
nəticəsi olaraq, Azərbaycan türkləri Bakı Sovetinin
qulluqçularına rus dilində şifahi və yazılı müraciət edə bilirlər.
Eyni zamanda rəhbər vəzifə tutan işçilərin əksəriyyəti rus,
erməni, yəhudi və gürcü mənşəlidirlər. Nərimanov yazır: «Mən
bildirirəm ki, Dövlət Duması olanda türk əhalisi belə sıxıntıya
məruz qalmırdı» [168, 453].
|