Konstitusiyasında Azərbaycanın müstəqil sovet respublikası
kimi xarici dövlətlərlə bilavasitə əlaqəyə girmək, onlarla saziş
bağlamaq, diplomatik və konsulluq nümayəndələri göndərmək
və qəbul etmək hüququndan, qoşun birləşmələrinə sahib
olmasından [40, 25], hətta istədiyi vaxt «SSRİ-dən azad surətdə
çıxmaq hüququna malik»liyindən [41, 6] bəhs olunsa da, əslində
bütün bunların gerçəklikdən tamamilə uzaq olması nəinki SSRİ
rəhbərliyinə, o cümlədən Azərbaycan türk xalqına da məlum idi.
Bunu, «Dövlətin quruluşu» ilə bağlı 2-ci fəsildə öz əksini tapmış
13-cü maddə də ifadə edirdi: «İqtisadi və siyasi cəhətdən, habelə
müdafiə cəhətindən qarşılıqlı yardımı həyata keçirmək
məqsədilə Azərbaycan SSR könüllü olaraq (əsilində məcburi
olaraq – F.Ə.) bərabər hüquqlu Sovet Sosialist Respublikaları ilə:
Rusiya SFSR, Ukrayna SSR və b. ilə ittifaq dövləti olan SSRİ-də
birləşmişdir» [41, 5]. Eyni zamanda yeni konstitusiyada açıq
şəkildə qeyd olunurdu ki, «Azərbaycan SSR SSRİ
Konstitusiyasının 14-cü maddəsilə müəyyən olunmuş hüququn
|