20-ci əsrin ikinci yarısında milli məsələ. Fikrimizcə,
milli məsələ ilə bağlı millilik və beynəlmiləlçilik ideyaları
arasında mübarizə II Dünya müharibəsi illərində və müharibədən
sonra, xüsusilə, SSRİ-nin totalitar başçısı İ.V.Stalinin ölümündən
(1953) və M.C.Bağırovun Sovet Azərbaycanının rəhbərliyindən
uzaqlaşdırılmasından sonra da davam etmişdi. Milli məsələnin
yenidən gündəmə gəlməsində Azərbaycan rəhbərliyində təmsil
olunan bəzi vəzifəli şəxslər (İ.Mustafayev, M.İbrahimov,
V.Axundov, Ş.Qurbanov, H.Əliyev və b.), ziyalılar və aydınlar
(G.Abdullayev, B.Vahabzadə, Z.Bünyadov, Xudu Məmmədov,
Ə.Elçibəy və b.) arasında müstəmləkəçiliyə qarşı bu və ya digər
formada baş qaldıran etiraz dalğası mühüm rol oynamışdı.
Hələ, II Dünya müharibəsi dövründə sovet ideologiya
maşını əsas diqqəti faşizmə-hitlerizmə yönəldərək ucqarlardakı
|