www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
221
Əyyub Xanbudaqov Azərbaycan sapıntıçılarına başçılıq etdi və
bu cərəyanın istəklərini bu şəkildə formalaşdırdı:
1. Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə
qarışmayacaq;
2. Yerli kommunistləri, sadəcə, yuxarıdan təyin olunan
katiblərlə rəhbərlərin idarəsində, yalnız onların müşavirləri
rolunda görmək fikri və adətindən vaz keçiriləcək;
3. Azərbaycan milləti öz-özünü idarə etmək çağına çatmış
ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına
əngəl olur və bu çalışmaya «yerli millətçilər» damğası vurulur.
Buna qəti olaraq son qoyulaçaq;
4. İşçi birliklər, kooperativləri və digər dövlət müəssisələri,
sözdə deyil, gerçəkdən türkləşdiriləcək…» [188, 95].
Ancaq çox keçmədi ki, xanbudaqovçuluq adını almış bu
hərəkat təqibə məruz qaldı, Ə.Xanbudaqovun özü isə
Azərbaycan rəhbərliyindən kənarlaşdırıldı. Bu barədə sovet
ədəbiyyatında
yazılırdı:
«Respublika
kommunistləri
Xanbudaqovun millətçi-təmayülçü qrupuna qarşı mübarizəni
genişləndirdilər. Bakı partiya konfransı (aprel-may 1924-cü il)
xanbudaqovçuları dəf etdi. Millətçi-təmayülçülər AK(b)P VI
qurultayında (may 1924-cü il) tamamilə ifşa edildilər. Qurultay
onların antipartiya çıxışını pislədi və partiya təşkilatlarını
millətçiliyin hər cür təzahürlərinə qarşı amansız mübarizə
aparmağa çağırdı» [42, 329].
Xüsusilə keçmiş «müsavatçı»lardan bəzilərinin, o
cümlədən vaxtilə «Müsavat»a rəğbət bəsləyənlərin AK(b)P-yə
daxil olaraq bolşeviklərə qarşı mübarizə aparmaları yerli və
qeyri-yerli «sollar»ı qane edə bilməzdi. Bu məqsədlə Mərkəz
AKP-ni yenidən «təmizləmək» qərarına gəldi. «ÜİK(b)P MK-
nın 25 iyul 1925-ci il tarixli qətnaməsi ilə AKP-ni yenidən təşkil
|