www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
194
194
soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən
Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki,
Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük
bayrağı qalxızarkən – nəuzu billah (Allah eləməsin – F.Ə.)-
İslama xətər vurursunuz. Soldan da iddia edirdilər ki,
Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya
demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb
olur… Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan
firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki
artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var
qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində
müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiy-
yətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş,
yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən
hamımızı birləşdirmişdir» [34, 50].
Deməli, o dövrdə türkçülükdən Azərbaycan milli ideyası
– azərbaycançılıq yaranmış, onun nüvəsində də Azərbaycan
türkləri başda olmaqla, bütün azərbaycanlılar durmuşdur. Bu
baxımdan, hazırda azərbaycançılığı türkçülüyə alternativ olaraq
göstərməyin, üstəlik sonuncunu onun tərkibində əritməyin nə
tarixi, nə də ciddi elmi əsasları yoxdur. Çünki həmin dövrdə
«azərbaycançılıq» anlayışına, ən yaxşı halda türkçülüyün etnik
adı - Azərbaycan türkçülüyü kimi müraciət olunmuşdur. Bunu,
M.Ə.Rəsulzadə belə ifadə etmişdi: «Millət məhkumluğu acısını
dadmış Azərbaycan türkü məhkum millət yaratmaz! Azərbaycan
Cümhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus,
yəhudi, gürcü, nemes, polyak və sair azlıqda qalan millətlər
Azərbaycan
vətəndaşı
olmaqla
bərabər
milli-mədəni
muxtariyyətə malik olub, öz dini, milli və mədəni işlərini özləri
idarə etməlidirlər» [34, 53-54].
|