www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
225
milli məsələni ört-basdır etməyə çalışmasına baxmayaraq,
müharibə illərində Azərbaycanın azadlığa çıxması üçün
«İldırım» təşkilatı yaranmış və onun üzvləri Gülhüseyn
Abudllayev, İsmixan Rəhimov, Hacı Zeynalov, Kamal Əliyev,
Aydın Vahidov və başqaları bu quruma rəhbərlik üçün Səməd
Vurğuna müraciət etmişlər [54, 307-308]. Bu baş tutmasa da,
milli qüvvələrin 1950-ci illərin ortalarında Bakı və Sumqayıt
şəhərlərində yaydığı vərəqələrdə Azərbaycanın Rusiyanın
ağalığından qurtarmağın vaxtının gəlib çatdığı bildirlirdi. O da
qeyd olunurdu ki, ermənilər və ruslar Azərbaycandan qovulmalı,
Azərbaycanın milli dili (türk) və əlifbası (latın) bərpa olunmalı,
ana dili rəsmi dövlət dili kimi bütün idarələrdə işlədilməlidir.
Hətta bəzi vərəqələrdə «Millətçi Gənclər Təşkilatı», «İldırım»
təşkilatı adından Azərbaycanın Türkiyə ilə birləşməsi belə təklif
olunurdu [103, 91-94].
1940-1950-ci illərdə hər hansı bir Azərbaycan
mütəfəkkirinin
milliliyə
azacıq
meyilliliyi
belə
müstəmləkəçiliyə-mərkəzçiliyə
qarşı
çıxış
kimi
qiymətləndirilirdi. Bu dövrdə milli mədəniyyət və dinlə bağlı
irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi
fikrin rüşeymi kimi göstərildiyi halda, «Kitabi-Dədə Qorqud»a
tarixi, fəlsəfi və elmi ədəbiyyat kimi lazımi qiyməti verilmir,
üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də,
«Kitabi-Dədə Qorqud»un «Avesta»dan fərqli olaraq, birmənalı
şəkildə türk mədəni irsinə aid olması idi. Bu baxımdan
ziyalıların əksəriyyəti milli mədəniyyətə və ədəbiyyata ya
müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular.
Az-az mütəfəkkirlər isə özlərində cəsarət taparaq milli
mədəniyyət və milli özünəməxsusluğu önə çəkirdilər. Belə
mütəfəkkirlərdən biri olan akademik Heydər Hüseynovun
|