www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
226
226
materialist filosof olmasına baxmayaraq, «Azərbaycanda XIX
əsr ictimai və fəlsəfi fikir tarixindən» (1949) əsərində Şeyx
Şamil hərəkatını müsbət qiymətləndirməsi, eləcə də çar
Rusiyasını bir qayda olaraq, işğalçı kimi qələm verməsi son
nəticədə onun təqiblərə və təzyiqlərə məruz qalmasına səbəb
olmuşdur [107, 107]. Bundan «nəticə» çıxardan digər
Azərbaycan filosofları (M.Qasımov, M.Ağamirov, F.Q.Köçərli
və b.) və ədəbiyyatçıları (M.Rəfili, Ə.Nazim. və b.) əsərlərində
islamçılığı və türkçülüyü tənqid etməklə yanaşı, «böyük
qardaşın» - rusların çar Rusiyasının və sovet Rusiyasının
timsalında Azərbaycanı işğal etməsinə haqq qazandırır, bir çox
Azərbaycan türk mütəfəkkirlərinin rus ictimai fikrindən ilham
aldığını yazırdılar. Məsələn, Mehbalı Qasımov yazırdı ki,
Azərbaycanın çar Rusiyasına birləşdirilməsi (əslində işğal
olunması) mütərəqqi bir hadisə olmuşdur: «Azərbaycanda
maarifçilik ideyalarının yayılması və Bakıxanovun yetişməsi və
s. dəyişikliklər Rusiyadan gələn qabaqcıl ictimai ideyaların və
böyük rus xalqının mədəniyyətinin təsiri ilə izah olunur. Bütün
bunlar Azərbaycanın Rusiya ilə birləşdirilməsi kimi bir tarixi
aktın nəticəsi idi» [129, 17]. Mikayıl Rəfili də hesab edirdi ki,
Azərbaycan mütəfəkkirlərinin, o cümlədən M.F.Axundzadənin
demokratik və mütərəqqi fikirləri rus ziyalıları ilə bağlı olmuşdur
[177, 164].
Sovet Azərbaycanının rəhbərliyində milliliyə meyil
M.C.Bağırov hakimiyyətdən uzaqlaşdırılıb onun yerinə İmam
Mustafayev təyin edildikdən sonra (1954-1959) özünü çox
büruzə vermişdi. Bu dövrdə İ.Mustafayev və Azərbaycan SSR
Ali Sovetinin rəyasət heyətinin sədri Mirzə İbrahimov
Azərbaycan dilinin (Azərbaycan türkcəsinin) rəsmi dövlət dili
statusu hüququnu bərpa etməklə yanaşı, ədəbiyyat və
|