www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
234
234
Ə.Nazim, M.Rəfili və başqaları 27 aprel işğalına qədər müstəqil
Azərbaycan ədəbiyyatının olmaması iddiasını ortaya ataraq
bildirirdilər ki, yalnız sovetləşmədən sonra bunlar meydana
çıxmışdı. Başqa sözlə, «proletar mədəniyyəti» tərəfdarları
Azərbaycan türk mədəniyyətini inkar edərək beynəlmiləlçi
proletar mədəniyyətini təbliğ etmişlər. Onların fikrincə
(S.M.Əfəndiyev və b.), mədəniyyət dedikdə formaca milli,
məzmunca sosialist, ya da proletar mədəniyyəti nəzərdə
tutulmalıdır [76, 325]. Məsələn, Ruhulla Axundov hesab edirdi
ki, sinifsiz cəmiyyətdə milli mədəniyyət lazımdır, amma
azərbaycanlı, erməni və gürcü kommunistlərinin milli idealı kimi
yox: «Bizə öz mahiyyəti etibarilə beynəlmiləl, öz mahiyyəti
etibarilə proletar, öz məzmunu etibarilə sosialist mədəniyyəti
lazımdır» [20, 17].
İlk marksist tənqidçilərdən Əli Nazim də hər cür
milliliyə, milli mədəniyyətə qarşı çıxaraq «vahid türk
ədəbiyyatı» nəzəriyyəsinin elmi cəhətdən əsassız olduğunu yazır,
bu işlə uğraşan B.Çobanzadəni, İ.Hikməti, F.Ağazadəni və
başqalarını tənqid edirdi. Onun fikrincə, ümumiyyətlə oktyabr
inqilabına qədər Azərbaycanda milli mədəniyyət olmamış,
Füzuli və Nəvai türk saray aristokrat şairləri olmuş, hətta
M.F.Axundzadənin maarifçiliyi belə burjuaziyanın mənafeyinə
xidmət etmişdi [164, 53, 57]. O, sovet beynəlmiləlçiliyinin, rus
kosmopolitizminin təsiri altında yazırdı: «Çünki biz milli
mədəniyyət etibarilə çox fəqirik və bizdə mədəni inqilab dövrü
milli mədəniyyətin yeni yaradılması dövrüdür. Bizdə mədəniyyət
yoxdur» [163; 164, 28-31]. Onun iddiasına görə, Azərbaycan
proletar mədəniyyətini isə Cavad-Cavid zümrəsi, ya da «molla-
nəsrəddinçilər» deyil, «Gənc qızıl qələmlər» ətrafında toplanan-
lar yaratmaq iqtidarındadırlar [164, 64]. Rus kosmopolitizminin