www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
232
232
«Beləliklə, 70-ci illərdə və 80-ci illərin birinci yarısında Heydər
Əliyevin çoxcəhətli partiya və dövlət idarəçiliyi səviyyəsində
Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi.
İnsanların partiya və dövlət orqanlarının, ictimai təşkilatların
işində fəallığı artdı. Partiya və dövlətin, yerli sovetlərin,
həmkarlar ittifaqlarının, komsomolun, ziyalıların, yaradıcılıq
təşkilatlarının əsas diqqəti respublikanın iqtisadi, sosial-mədəni
tərəqqisi, xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin
reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr verdi» [46,
180].
Doğrudan da, çox keçmədi ki, Azərbaycanda islama və
türklüyə qayıdışın yeni mərhələsinə qədəm qoyuldu. Artıq 1980-
ci illərdə «islam və millətçilik prinsiplərinə əsaslanan»
Azərbaycan millətçiliyindən bəhs olunurdu. Hətta, bir çox əcnəbi
tədqiqatçılar (A.Benniqsen, E.Vimbuş və b.) yazırdılar ki, Sovet
Şərqi xalqları, o cümlədən Azərbaycanda milli məsələyə dair
elmi kommunizm nəzəriyyəsi öz əhəmiyyətini itirmş, marksizm
bir dünyagörüş kimi aradan qalxmış və o, yalnız «idarəetmə
formasının vasitəsi» kimi yaşamaqdadır [194, 56]. Həmin
dövrün filosofları (M.Ə.Rüstəmov, Ə.M.Tağıyev və b.)
Azərbaycanda islam və millətçiliyə əsaslanan «Azərbaycan
millətçiliyi»nin olmasını inkar etsələr də, əslində dolyasıyıla
milli məsələ ilə bağlı problemin olmasını təsdiq etmiş olurdular
[194, 56]. Göründüyü kimi, ikinci Dünya müharibəsindən sonra
milli məsələ yenidən gündəmə gəlmiş və SSRİ dağılana qədər
öz aktuallığını qoruyub saxlamışdır. Şübhəsiz, milli məsələnin
Azərbaycan rəhbərliyi səviyyəsinə qədər yüksəlməsi onun
müsbət həllində mühüm rol oynamışdı.
|