Sovet dövründə milli mədəniyyət və onun ideoloji-
fəlsəfi əhəmiyyəti. 1920-1930-cu illərdə beynəlmiləlçi-proletar
mədəniyyət tərəfdarlarının kosmopolit fikirləri isə millilik və
müstəqillilik tərəfdarları tərəfindən birmənalı qarşılanmırdı.
Azərbaycanda və onun xaricində N.Nərimanov, M.Ə.Rəsulzadə,
H.Cavid,
Ə.Cavad,
M.Müşfiq,
S.Mənsur,
İ.Hikmət,
Ə.Yurdsevər, M.B.Məmmədzadə və başqaları proletar
mədəniyyət adı altında milli mədəniyyətin və milli ədəbiyyatın
məhv edilməsinə qarşı çıxırdılar. N.Nərimanov 1922-ci ilin
iyununda «Bakinskiy raboçiy» qəzetində dərc olunan bir
məqaləsində «proletar mədəniyyət»i tərəfdarlarını tənqid edərək
yazırdı: «Türk uşaqları təkcə Puşkinin deyil, habelə Şekspir və
Şillerin də şeirlərini bilməlidirlər. Ancaq hər halda yalnız ondan
sonra, o zaman ki, onlar hər şeydən əvvəl əsl proletar, xalq şairi
|