MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə256/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   252   253   254   255   256   257   258   259   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

242 



242 

tarixi» (1928) kitabında millilikdən çıxış edərək yazırdı ki, türk 

xalqlarının  ədəbiyyatı  və  mədəniyyətinin  kökü,  mənşəyi  birdir: 

«Türkmənlər,  azərilər  və  osmanlıların  ədəbiyyatındakı  xüsusi 

ayrılıqlar  və  yaxud  da  kəsikliklər  ancaq  mühit  və  məzhəblə 

bağlıdır»  [33,  14].  Türk    xalqlarının  ədəbiyyatının  mənşəyini 

ümumi  «qövmi  cərəyana»,  yəni  milli  cərəyana  bağlayan 

İ.Hikmət  hesab  edirdi  ki,  bütün  türk  etnoslarının  ən  təbii,  ən 

səmimi  və  əsil  ədəbiyyatını  təşkil  edən  bu  cərəyandır.  Onun 

fikrincə,  milli  cərəyan  bütün  bir  xalqın  müştərək  vicdanından 

doğan, milli hisslərinin, həyəcanlarının və nəğmələrindən ibarət 

bir  ümumilikdir  [38,  208].  Fikrimizcə,  həmin  dövrdə  «proletar 

mədəniyyəti»  ilə  razılaşmayan  böyük  bəstəkarımız  Üzeyir 

Hacıbəylinin  kosmopolitçilərə  qarşı  mübarizəsini  təhlil  edən 

A.Hacıyeva qeyd edir ki, Ü.Hacıbəyli novator bəstəkar olmasına 

baxmayaraq,  həmişə  xalq  musiqinin,  xalq  mahnılarının 

yaşadılmasına  və  inkişafına  mühüm  yer  vermişdir.  Xüsusilə, 

1920-ci  illərdə  Hacıbəyli  bir  tərəfdən  muğamın,  o  cümlədən 

«çahargah»ın,  tarın  iranlılaşdırılmasına,  digər  tərəfdən  milli 

musiqimizin  avropalaşdırılmasına  qarşı  çıxmışdır  [95,  23]. 

Sovetlər Birliyi dövründə Səməd Mənsur da əsil millətpərəvər 

kimi,  yalançı  «proletar  mədəniyyəti»ndən  uzaq  duraraq 

türklüyünü  müdafiə  etmiş  və  onu    məhv  etmək  istəyən 

bolşeviklərə  qarşı  çıxmışdı.  Bu  baxımdan  S.Mənsurun  həmin 

dövrdə  yaşamış,  Azərbaycan  şairi  Məşədi  İmaməlizadə  Azərə 

yazdığı  bir  şeir  diqqətəlayiqdir:  «Türklüyün  varlığı  qeyrə  nə 

böyük qorxuymuş – Dost-düşmən onu məhv etməyi istər, Azər!» 

[156,  38].  Bu  fikir  günümüzdə  də  aktual  olaraq  qalmaqdadır. 

Çünki  türklük-islamlıq  dünən  də,  bu  gün  də  bolşevizm  kimi 

antimilli ideyalara qarşıdır. Əmin Abid (Gültəkin)nin təbrincə 


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin