www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
233
2.2.
Milli mədəniyyətlə «proletar mədəniyyəti»
arasında mübarizə
Sovet dövründə milli məsələ ilə yanaşı, əsas
problemlərdən biri də beynəlmiləlçilik, proletar mədəniyyəti
adı altında milli mədəniyyətin və milli ədəbiyyatın, yaxud da
bütövlükdə milli mənəvi dəyərlərin saxtalaşdırılması idi. Sovet
ideoloqları kommunizm, sinifsiz cəmiyyət qurmaq adı altında
Azərbaycan türk millətinin keçmişinə aid bütün mədəni irsini, o
cümlədən mədəniyyətini və ədəbiyyatını təftiş etməyə başladılar.
Bu zaman keçmişdə yalnız İslam dininə və milli-mərkəzi
hakimiyyətə qarşı çıxmış qəhrəmanlar (Babək, Koroğlu və b.),
həmçinin ateizmə və qərbçiliyə meyilli mütəfəkkirlər
(M.F.Axundzadə və b.) əsasən, istisna olunurdular. Ancaq həmin
«istisnalar» belə bəzən beynəlmiləlçi-proletar mədəniyyətə
qurban verilirdi.
Beləliklə, 27 aprel işğalından sonra Azərbaycanda milli
mədəniyyətin əvəzinə, guya onu əvəz edən «proletar
mədəniyyət» - «proletkultçuluq» yaradılırdı. Hətta iş o yerə gəlib
çatmışdı ki, bir müddət N.Gəncəvi və M.Ə.Sabirə belə heykəl
qoyulması «fəhlə işinə» xəyanət hesab olunmuşdu. Çox
keçməmiş Novruz-Yeni gün bayramı yasaq edilərək tar,
kamança və dastanlarımız isə keçmişin qalığı kimi tənqid
olunmuşdu. 1920-1930-cu illərdə milli-mənəvi dəyərlərə qarşı
tədbirlər «mədəni yürüş», «rədd olsun tar!», «rədd olsun kaman-
ça!» kimi şüarlar altında keçirilmiş, Azərbaycanda mədəni
yürüşün yeni formaları – «mədəni estefeta», «mədəni hücum»
meydana çıxmışdı [42, 435].
Dostları ilə paylaş: |