www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
230
230
tanıyaraq, eləcə də bəzi çıxışlarını və siyasi manevrlər bacarığını
görərək bir müddət də onu müdafiə etmişdi [73, 37]. Elçibəy
yazır: «Azərbaycanda iki şeyi görəndən sonra Əliyevə
münasibətim dəyişməyə başladı. Birincisi, ilk dəfə olaraq bir
neçə dilçi alimə bir yerdə dövlət mükafatı verdirdi. O mükafatın
verilməsi bu demək idi ki, Azərbaycan dilçilərinin nüfuzu qalxır
və onlar toxunulmaz olurlar. Axı millətin təfəkkürünü inkişaf
etdirməyə dilçilər başlayırlar. Bu baxımdan mükafatın çox xeyri
oldu. Mükafat verilən kimi dilimizin işlədilməsi genişlənməyə
başladı… Bu, Heydər Əliyevin xidməti idi» [73, 42].
Onun fikrincə, 1970-ci illərdə H.Əliyevin Azərbaycan
xalqına ikinci xidməti akademik Ziya Bünyadovun «Azərbaycan
Atabəylər dövləti» əsərinə dövlət mükafatı verdirməsi olub: «Bu
da o deməkdi ki, vaxtilə Ziya Bünyadova «millətçi», «şovinist»
deyə hər cür damğalar vururdular və indi o, alimi bütün
hücumlardan qorudu, yəni siz ermənilər ki, həmişə Ziyaya
«millətçi» deyirdiniz, indi alın – o, dövlət mükafatı laureatıdır.
Vaxtilə Heydər Əliyev Ziya Bünyadovu tənqid etmişdi.
Ermənilər bundan istifadə edib yazırıdlar ki, hətta Azərbaycan
KP MK-nın birinci katibi belə onu tənqid edib və Ziyanı beləcə
vururdular. Bu mükafatdan sonra isə ermənilər təzədən yazdılar
ki, Heydər Əliyev millətçidir – o, millətçi Ziya Bünyadova
dövlət mükafatı verdirib» [73, 42[. Elçibəyin fikrinə görə, bu
onun göstəricisi idi ki, «hamı öz vətənini, millətini istəyir, ancaq
sadəcə olaraq bunun müdafiə formalarını bilmir. Hərə bir cür, öz
bacardığı kimi müdafiə edir. Bu, bir xətt idi» [73, 42]. Elçibəy
yazırdı ki, H.Əliyev əvvəllər tənqid etdiyi adamların hamısını
sonradan həm müdafiə etmək, həm də Sosialist Əməyi
Qəhrəmanı adı verməklə, «Azərbaycanda yəni bir millətçilik, bir
düşmənçilik var» sözünü götürdü, ab-havanı yumşaltdı [73, 43].
|